Dünyanın ən gözəl yolu Atlantikdən keçir – VİDEO
796 dəfə baxılıb
Atlantik okeanı üzərindən keçən yol dünyanın ən gözəl yolu və “əsrin inşası” hesab edilir.
“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, Norveçdə salınan və Atlantik yolu deyilən bu yol əsrin inşası kimi tanınıb. Uzunluğu 8.3 km, eni 6.5 m olan yol kiçik adalar üzərində qurulub. İnşa edilən yol 8 körpü və 4 meydançanı birləşdirir. Yol üzərindəki körpünün hündürlüyü gəmilərin rahat şəkildə keçməsi üçün 23 metrə qaldırılıb.
Bundan əlavə, yolun kənarlarına turizm və yol hərəkəti işarələrini əks etdirən lövhələr yerləşdirilib.
Sələf Xəbər: “O, dənizi də (sizin) xidmətinizə verdi ki, ondan yemək üçün təzə balıq və taxmaq üçün bəzək şeyləri əldə edəsiniz. Sən gəmilərin dənizi yara-yara üzdüyünü görürsən. (Bütün) (bunlar) (Allahın) lütfündən (sizə nəsib olanları) axtarıb tapmağınız və şükür etməyiniz üçündür”. (Qurani-Kərim, “Nəhl” surəsi, 14-cü ayə)
“Allah-Təala təkbaşına, hər hansı bir şəriki olmadan dənizləri və okeanları insanların mənafeyinə xidmət göstərməyə və onlara hər növ fayda verməyə sövq etdi. Bunun sayəsində insanlar dənizdə balıq tutur və onlardan qiymətli əşyalar əldə edirlər. Gəmilər isə hayqıran və qorxunc dənizlərin səthini yararaq ötüb gedir, səyyahları, onların ərzağını, yüklərini və ticarət yüklərini bir ölkədən başqasına daşıyırlar. İnsanlar bu vasitə ilə dolanacaqları üçün qazanc əldə etməyə və Allahın mərhəmətinə nail olmağa cəhd göstərirlər. Allah onlara bunu etməyə icazə vermiş və onların qarşılarına qoyduqları məqsədə çatmağı asanlaşdırmışdır ki, insanlar göstərdiyi mərhəmətinə görə Ona şükür və həmd etsinlər. Uca Allah həqiqətən minnətdarlığa, həmdə və tərifə layiqdir, çünki O, Öz qullarına onların istədiyindən və ya arzu edə biləcəklərindən daha çox nemətlər nazil etmişdir. O, onları arzu etdiklərindən daha çox şeylə təmin etmişdir. Biz Ona həmd edirik, lakin bunu layiqincə edə bilmirik, çünki təkcə Allah Özü Özünü Onun layiq olduğu kimi tərifləyə bilər”. (Bax: “Təfsir Əs-Saadi”)