Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Dünyanın ən kiçik batareyası icad edilib

May 16
13:18 2015

3D holoqrafik litografı və 2D foto – litografı təzyiq texnikalarının birləşdirilməsi ilə meydana gələn mikro batareya mikro alətlərə lazım olan enerjini başqa bir qaynağa ehtiyac qalmadan təmin edə bilir.

“Sələf Xəbər” Dunyamedia.az-a istinadən xəbər verir ki, çox kiçik cihazlarda güc ehtiyacı xarici vasitələrlə təmin edilir. Lakin bu yeni mikro batareya sahəsində bu problem aradan qalxacaq. 0,5 mA cərəyan əldə etdiyi deyilən batareyanın qalınlığı isə 10 mikrometrdir.

Qeyd edək ki, 0,5 mA axını bir LED lampanı işıqlandıra biləcək bir enerjidir. İnkişaf etdirilməkdə olan bu cihazın müxtəlif obyektlərdə istifadə olunacağı gözlənilir. Yəni ağıllı üzük, ağıllı eynək kimi kiçik cihazlar bu batareyadan enerji alacaq.

Sələf Xəbər: Uca Allah buyurur: “(Ey insanlar!) Məgər Allahın göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları və buludları, meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və i. a.) nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü?” (Qurani-Kərim, “Loğman” surəsi, 20-ci ayə)

Digər xəbərlər

ARXİV

İyul 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
293031