Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Dünyanın ən təhlükəli beş yeməyi

Yanvar 06
20:48 2015

Qida həyatın zərurətlərindən sayılır. Lakin hər bir yemək səhhət üçün xeyirli deyildir. Çox təəssüflər olsun ki, insanlara sevimli olan bir neçə yemək vardır ki, insan səhhəti üçün olduqca təhlükəlidir.

“Sələf Xəbər” Alanba.com-a istinadən xəbər verir ki, Almaniyanın “Fox” jurnalının dediyinə görə, xərçəng xəstəliyi hallarının üçdə biri sağlam olmayan qidaya bağlıdır. Belə ki, karbohidratla zəngin olan və qızardılmış yeməklər insan səhhətinə xüsusi olaraq təklükə mənbəyidir.

Jurnal qeyd etmişdir ki, xərçəng xəstəliyi ürək və qan damarları xəstəliyindən sonra ölümə səbəb olan başlıca xəstəlikdir.

“Beynəlxalq Səhiyyə Heyəti”nin dediyinə görə, ildə 8.2 milyona yaxın insan xərçəng xəstəliyi səbəbi ilə vəfat edirlər. Tədqiqatçılar deyir ki, Almaniyada yüzdə 35 faiz xərçəng xəstəliyinə tutulma səbəbi qidanın düzgün seçilməməsinə görədir.

“Fox” jurnalına görə, beş yemək vardır ki, xüsusi olaraq təhlükəyə səbəbdir. Həmin yeməklər bunlardır:

1.Hotdoq

Sosiskadan hazırlanmış bu məşhur yeməkdə rəng əldə edilməsi və ətin uzun müddət qalması üçün nitrat maddəsi vardır. Nitrat özü-özlüyündə zərərli deyildir. Lakin ətin tərkibində olan proteinlərlə (amin) mübadiləyə girərək netrosamin maddəsi yaratdığına görə təhlükəlidir. Araşdırmalar yazır ki, netrosamin maddəsi xərçəngə, xüsusən də, mədə-bağırsaq xərçənginə səbəb olur.

2.Qızardılmış kartof və ya çipsi

Kartof qızardılarkən acrylamide maddəsi yaranır və heyvanlar üzərində aparılan araşdırmalara görə, xərçəng xəstəliyinə səbəb olur. Hətta, acrylamidenin dozası çox olarsa, sinir sisteminə də zərər vura bilər.

Bu maddə yüksək dərəcələrdə qızdırılan hər bir karbohidratla zəngin olan yeməklərin tərkibində vardır. Digər bir təhlükə də qızardılmış yağın tərkibində doydurucu olmayan yağların mövcudluğudur ki, insan doyduğunu hiss etmir və bununla da çəkisi artdığı üçün xərçəngə tutulmasına gətirib çıxarır.

3.Donats

Xəmirdən hazırlanmış halqavari dadlı piroq. Bu piroqda da qızardılmış kartofda baş verənlər əmələ gəlir. Belə ki, çox vaxt onun da tərkibində acrylamide maddəsindən və doymağa qoymayan yağlardan ibarətdir. Əlavə olaraq, donatsın tərkibində həddən artıq şəkər və yağ mövcuddur.

4.Qızardılmış ət

Yandırılmış yağlar qızardılmış əti insan səhhəti üçün təhlükə mənbəyinə çevirir. Yağ ətdən damcıldayaraq alovun üstünə düşdükdə benzopyrene maddəsi yaranır. Hansı ki, o maddə tüstü vasitəsi ilə əti çirkləndirir. Bu maddə mədə xərçənginin başlıca səbəbidir. Tüstünün ətə toxunmasının qarşısını almaq üçün alovun üzərinə almünyum kağızlardan qoymaq və ya yağı az olan ət seçmək lazımdır.

5.Çürük qida

Yeməyin növündən asılı olmayaraq hər bir çürümüş qidanın xərçəngə səbəb olduğu sübut olunmuşdur. Çürüyün içərisində olan zəhərlər sinir sisteminə və genə zərər vurur. Ona görə də ən üstün yol çürümüş qidanı zibil qutusuna atmaqdır. Hətta, çürümüş yeri kəsərək digər sağlam yerdən istifadə etmək düzgün deyildir. Çünki çürüyün bakteriyaları qidanın digər yerlərinə tezlilkə təsir etmə gücünə malikdir.

 Sələf Xəbər: İnsanları, sağlamlıq nemətinin qədrini bilməyə çağıraraq hədislərin birində Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) demişdir: “İki nemət vardır ki, insanların çoxu onların qədrini bilməz. Bunlar səhhət və asudə vaxtdır.” (Buxari)

Digər xəbərlər

ARXİV

Noyabr 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
252627282930