Dünyanın ən ucuz elektromobili istehsal olundu – FOTO
Avqust 09
17:11
2017
2. 020 dəfə baxılıb
Çinin SAIC-GM-Wuling müəssisəsi dünyanın ən ucuz elektromobilini buraxıb.
Selefxeber.az “Lent.az”a istinadən xəbər verir ki, E100 elektromobili cəmi 5 min dollar dəyərindədir. “Smart ForTwo” stilində hazırlanan avtomobil ön asqı və tək rıçaqlı arxa asqıya malikdir. 40 at gücündə elektrik aqreqatı ilə təchiz olunub. Elektrokar saatda 100 km sürətlə hərəkət edir və bir dəfə doldurulmaqla 155 km gedir. Akkumulyator 7,5 saata tam dolur.
Avtomobil piyadaları tanıma sistemi və digər sistemlərə malikdir.
Satışların nə vaxt başlayacağı və yeni məhsulun başqa ölkələrə ixrac edilib-edilməyəcəyi hələ açıqlanmayıb.