Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Dünyanın əsrarəngiz çayı – FOTO

İyul 23
16:57 2015

Kolumbiyanın Sierra de la Macarena bölgəsində yerləşən, xalq tərəfindən “5 rəngin çayı” olaraq adlandırılan Kano Kristales çayı “dünyanın ən gözəl çayı” olaraq bilinir.

İlin əksər vaxtı başqa çaylardan fərqi yoxdur, yaşıl yosunlarla örtülü daşları və masmavi suları vardır. Ancaq çay hər il qısa bir müddət üçün sanki çiçək açır və göyqurşağının bütün rənglərini özündə birləşdirir.

Kolumbiyanın yağışlı mövsümü boyunca çayın su kütləsi daha sürətli və dərindən axır, çayın dibini qaraldaraq görünməz edir. Belə olduqda çaydakı yosunlar ehtiyac duyduqları günəş şüalarını ala bilmirlər.

Quraq mövsüm boyunca isə çaydakı həyatı bəsləyəcək qədər su tapılmaz. Ancaq yağışlı və quraq mövsüm arasında elə bir dövr də vardır ki, su səviyyəsi olması lazım olduğu kimi olur, onlarla növ yosun mükəmməl bir rəng müxtəlifliyi nümayiş etdirir. Mavi, yaşıl, qara, qırmızı və çəhrayı rəngin minlərlə tonu çayın üzərini örtür.

Kano Kristales çayının genişliyi 20 metr, uzunluğu isə 100 kilometrdir. Kanon Kristales çayı yaxınlığında yol yoxdur, bu səbəblə çayı görmək arzusunda olan turistlər atlarla təmin edilir.

📷

Sələf Xəbər: Uca Allah buyurur: “Doğrudan da, Rəbbiniz göyləri və yeri altı gündə yaradan, sonra da Ərşə ucalan Allahdır. O, gündüzü sürətlə təqib edən gecə ilə örtüb bürüyür. Günəşi, ayı və ulduzları Öz əmrinə tabe edən də Odur. Əslində, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi Allah nə qədər xeyirxahdır”. (Qurani-Kərim, “Əraf” surəsi, 54-cü ayə)

Digər xəbərlər

ARXİV

Mart 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
25262728293031