Dünyanın hər tərəfdən oxunan ən qəribə kitabı – FOTO
Yanvar 05
18:29
2015
1. 140 dəfə baxılıb
“Sələf Xəbər” alanba.com.kw- a istinadən xəbər verir ki, İsveçin Milli Kitabxanasında “dünyanın ən qəribə kitabı” adlı bir kitab var. Bu kitabı hər bir tərəfdən açmaq və həmçinin də, oxumaq mümkündür.
Bu kiçik kitab 16-cı əsrə təsadüf edir. Kitabın hər iki tərəfində bəzədilmiş dəri üzlük və qıraqlarında qıfıllar mövcuddur. Oxucunun bu kitabı istədiyi tərəfdən açaraq oxuması mümkündür.
Ən qəribəsidə odur ki, kitab bir deyil, altı mətndən ibarətdir. Bunun da səbəbi altı müxtəlif yol ilə kitabın qıfılının açılan tərəfindən oxunması üçündür.
Sələf Xəbər: Uca Allah buyurur: “(Ey İnsanlar!) Məgər Allahın göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları və buludları, meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və i. a.) nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü?” (Qurani-Kərim, “Loğman” surəsi, 20-ci ayə)