Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Dünyanın qeyri-adi göydələnlərindən biri – “Flame Towers” – FOTO

Avqust 14
18:17 2015

Əgər əvvəllər göydələnin inşası özü-özlüyündə təəccübləndirmə cəhdi idisə, hal-hazırda yüksək bina inşaatı texnologiyasının inkişaf etdiyi bir dövrdə seçilmək üçün qeyri-adi bir şey təklif etmək lazımdır. İndi sifarişçilər yalnız binanın hündürlüyündə deyil, forması, eləcə də əlavə “fişkalar”ın olmasında yarışırlar.

“Sələf Xəbər” Atv.az-a istinadən qeyri-adi forması olan yeddi göydələn barədə materialı təqdim edir:

📷

Sikkə (Abu-Dabi, BƏƏ)

vz-1
Son illərdə göydələnlər kralı ərəblər olub, onlar bu yolla öz zənginliklərini nümayiş etdirirlər. Ona görə də bina üçün sikkə formasının seçilməsi məntiqidir. Bu göydələn “Aldar” inşaat şirkətinin qərargahıdır. Yeri gəlmişkən, bu da göydələnlər dünyasında daha bir tendensiyadır: onlardan çoxu konkret zəngin şirkətin sifarişi ilə tikilir. Dizayn qətərli memarlara məxsusdur. Bina 2010-cu ildə, cəmi yeddi aya tikilib və dünyada ilk dairəvi göydələndir.

Qapaqaçan (Şanxay, Çin)

vz-2
Çində şüşələrin qapağını açan alətə oxşar bina tikiblər, göydələnin adı qeyri-rəsmi olaraq belə də gedir. Burada Şanxay dünya maliyyə mərkəzi yerləşir. İlkin olaraq binanın üzərindəki havaya qarşı müqavimətin azaldılması üçün açıq məkan dairəvi olmalı idi, amma çinlilərə bu ideya xoş gəlmir: onlar bu dairəvi dəliyin Yaponiyanın bayrağındakı günəş doğuşunu xatırladacağını düşünürlər. Nəticədə dairəni trapesiya ilə əvəz edirlər.

Alov (Bakı, Azərbaycan)

vz-3
Bakıda göydələnlər qrupu nəhəng məşəl formasında hazırlanıb. Bu, yelkən də ola bilərdi, üzgəc də, amma qüllələr tamamən işıqdiodlu ekranlarla örtülüb, onların rəngi isə birmənalı şəkildə alovu xatırladır. Kompleks üç müxtəlif hündürlüyü və təyinatı olan qüllədən ibarətdir: burada mehmanxana, mənzillər və ofislər yerləşir. Layihə çox güman ki, Bakının alov dilimlərinin təsvir edildiyi gerbinə işarədir.

Sınmış üzük (Pekin, Çin)

vz-4
Bu göydələnin formasını təsvir etmək asan məsələ deyil. Ümumiyyətlə, bu sınıq üzük beş üfüqi və şaquli seksiyadan ibarətdir. Əsas hissə yerin üzərində asılıb. Bu üzükdə dairəvilik, çox az şey var və xalq arasında onu “şalvar” adlandırıblar. Göydələn Çinin Mərkəzi televiziyası (CCTV) üçün nəzərdə tutulmuşdu, amma kompleksə həmçinin otel, teatr və sərgi meydançasını da daxil ediblər.

Heşteq (Seul, Koreya)

vz-5
Zamanla ayaqlaşmağa çalışan bir qrup danimarkalı memar qüllələr kompleksini layihələşdirib, onlar bir yerdə # – oktotorp simvolunu xatırladır, onu həmçinin “barmaqlıq” və ya “xeş” də adlandırırlar. Ona görə də sosial şəbəkələrdə bu işarəni heşteq adlandırırlar. Seul sakinləri qülləni belə adlandırırlar. Layihə üzrə içəridə mənzillər yerləşir, baxmayaraq ki, qüllə Yonsanq işgüzar rayonuna girişi açmalı və onun rəmzinə çevrilməlidir.

İeroqlif (Şanxay, Çin)

vz-6
Simvollardan Çində də istifadə ediblər: bu, göydələn üçün seçilmiş ieroqlif “xalq” deməkdir. Bu bina xüsusilə Çində dünya sərgisi üçün tikilib, sərgi 2010-cu ildə keçirilib. Burada konfrans zalı, idman su və mədəni mərkəzlər yerləşir. Binanın iki hissəsinin birləşdiyi yerdə mehmanxana başlayır.

Burulan qüllə (Dubay, BƏƏ)

vz-7
DNT spiralını xatırladan bina artıq heç kimi təəccübləndirmir. Belə layihələr çoxdur, “Moskva City”də Təkamül, İsveç Malmasında Turning Torso və ya Dubayda Cayan Tower binasını xatırlamaq olar. Amma ərəblər bununla sakitləşmədilər: statik burulan bina onlar üçün az oldu və onlar fırlanan göydələn tikmək qərarına gəldilər. Hələlik bu, sadəcə layihədir, amma artıq potensial investorlar var. Layihənin fərqli cəhəti onun ekoloji olmasıdır. Binanın külək boruları olan elektrik stansiyasının olması, həm özünü, həm də qonşu binaları enerji ilə təchiz edəcəyi ehtimal edilir.

Sələf Xəbər: Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “İnsanlar hündür binalar tikməkdə rəqabət aparmayınca Qiyamət qopmaz”. (“Səhih əl-Ədəb əl-müfrəd”, 449)

Digər xəbərlər

ARXİV

Aprel 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930