Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Dünyanın son səs-küylü avtomobil modeli – VİDEO

İyul 10
17:09 2015

Dünyanın ən yaxşı avtomobili deyərkən ağıla gələn ilk markalardan biri də “Koenigsegg”dir. Firma kolleksiyasına çoxsaylı sürət rekordlarından birini də əlavə edib.

“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, İsveç istehsalçısının son səs-küylü modeli olan “Koenigsegg One: 1” 0-300-0 km/saat sürəti 17,95 saniyəyə (0-300-0 km/saat deyərkən avtomobilin sıfırdan 300 km/saat sürətə çatıb təkrar sıfır sürətinə qayıtması nəzərdə tutulur – red) yığmaqla bütün rekordları alt-üst edib. Bu rekord 2011-ci ildə ailənin digər üzvü “Koenisegg Agera R”-in 21,19 saniyə nəticəsi ilə yenilənmişdi.

Texniki göstəricilərinə görə dünyada rəqib tanımayan “Koenigsegg One:1”-in yeni rekordunun görüntülərini təqdim edirik:

🎬

Sələf Xəbər: Xatırladaq ki, Uca Allah 1400 il əvvəl Quranda, indiyədək bəşəriyyətə məlum olmayan müxtəlif nəqliyyat növlərinin meydana çıxması barədə bizə xəbər verib.
Uca Allah buyurur: “Atları, qatırları və uzunqulaqları sizə həm minik, həm də zinət olsun deyə (Allah yaratdı). O, sizin hələ bilmədiyiniz bir çox şeylər də yaradacaqdır”. (Qurani-Kərim, “Ən-Nəhl” surəsi, 8-ci ayə)
Nüfuzlu Quran təfsirçisi, mərhum Əbdürrəhman Əs-Saadi (Allah ona rəhmət etsin) bu ayəni şərh edərkən demişdir: “Uca Allah, həmçinin xəbər verir ki, Quran nazil edildikdən sonra da insanların bilmədiyi çoxlu şeylər yaradılacaqdır. İnsanlar quruda, dənizdə və havada istifadə ediləcək müxtəlif əşyalar icad edəcəklər. Onlar bu ixtiraları öz maraqları üçün tətbiq edəcək və onlardan faydalanacaqlar”.

Digər xəbərlər

ARXİV

Mart 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
25262728293031