Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Ebola epidemiyasını izləyən mobil tətbiq hazırlanıb

Oktyabr 31
11:13 2014

“Sələf Xəbər” saudigazette.com.sa saytına istinadən xəbər verir ki, Ebola epidemiyasını izləmək və qərbi Afrikada virusun yayıldığı cəmiyyətlərə daha yaxşı kömək edə bilmək üçün yeni mobil telefon əsaslı xəritələmə xidməti işlənib hazırlanıb.

Texnologiya nəhəngi IBM şirkəti, mobil telefon şirkətləri və akademiklərin birgə işləyib-hazırladığı sistem, virusun yayıldığı ölkələrdə insanların problemləri və düşüncələrini izləmək üçün, onlara Ebola haqqında pulsuz ismarıclar göndərmək imkanı verir. Tətbiq ismarıcın göndərildiyi ünvanı dəqiq göstərən xəritələmə proqramına malikdir.

“Tətbbiq, sabun və elektrik kimi təcili vəsaitlər, həmçinin cəsədlərin toplanması və dəfn olunması kimi daha sürətli reaksiya tələb edən Ebola virusuna yaxalanmaqda şübhəli bilinən insanların sayının artdığı xüsusi regionlarda artıq tətbiq edilir” – IBM şirkətinin nümayəndəsi bildirib. Şirkət iddia edir ki, xəstələrin ehtiyacları və problemlərinin izlənilməsi, səhiyyə işçiləri və hökumətlərin onlarla daha yaxşı məşğul ola bilməsi üçün bir sıra xəritələr işləyib hazırlaya bilər. “Biz Ebola virusundan birbaşa təsirlənmiş cəmiyyətləri onunla necə mübarizə aparmaq barədə dəyərli məlumatlarla təmin etmək üçün təcili bir sistem işləyib-hazırlamaq zərurətini hiss etdik” – IBM “Research Africa” platformasının baş alimi Uyi Stüart bildirib. “Biz mobil texnologiyadan istifadə edərək, onlara öz təcrübələrini birbaşa ötürmək üçün səs və kanal vermişik” – Stüart deyib.

Ümumdünya Səhiyyə Təşkilatının təqdim etdiyi son statistik rəqəmlərə əsasən, qərbi Afrikada 10 mindən çox insan bu ölümcül virusa yaxalanıb.

“Bir yerdə vəba olduğunu eşitsəniz, oraya getməyin. Olduğunuz ərazidə də bu xəstəlik baş verərsə, o xəstəlikdən qaçmaq üçün o ərazidən çıxmayın” (Buxari, Muslim).

Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun)

Digər xəbərlər

ARXİV

Noyabr 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
252627282930