Ebola peyvəndi Cenevrədə təcrübədən keçiriləcək
885 dəfə baxılıb
“Sələf Xəbər” cnnturk.com saytına istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının Cenevrə bürosunun açıqlamasına əsasən, təcrübədən keçirilmək üçün Kanadadan Cenevrəyə Ebola peyvəndi göndəriləcək.
Açıqlamada peyvəndin xüsusi təyyarə ilə, temperaturu -80 dərəcə olan xüsusi qutuda göndəriləcəyi və Cenevrədə ÜST nümayəndələrinə təhvil veriləcəyi bildirilib.
Kanadalı nümayəndələr peyvəndin bu ilin avqust ayında göndəriləcəyini bildirsələr də, bəzi bürokratik prosedurlar səbəbi ilə gecikdiyini, hal-hazırda isə lazımi prosedurların həyata keçirildiyini və icazələrin alındığını bildirib.
Cenevrə hökuməti, Kanada səfirliyinin nümayəndələri və Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri nümunələrin kliniki araşdırmalarının dərhal başlanacağını və ən qısa zamanda peyvənd haqqında nəticə əldə edilərək bu nəticələrin ictimaiyyətə bildiriləcəyini qeyd edib.
“Ey Allahın qulları, müalicə olunun. Çünki ALLAH qocalıqdan başqa dərmansız heç bir xəstəlik verməyib” (İbn Macə).
Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun)