Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Ehtiyacı olanlara pulsuz geyim mağazası

Fevral 25
17:28 2016

Bakının Şüvəlan qəsəbəsində bir neçə dost bu devizlə bir mağaza açıblar.

“Ehtiyacin varsa, götür, ehtiyacın yoxdursa, as”. Bakının Şüvəlan qəsəbəsində bir neçə dost bu devizlə bir mağaza açıblar. Gəlir məqsədi güdməyən dostların istəyi ehtiyacı olan, ancaq imkanı çatmayan insanları geyimlə təmin etməkdir.

“Ehtiyacın varsa, götür, ehtiyacın yoxdursa, as”. Bu mağazada geyimlər təmənnasızdır. Mağazanın fəaliyyət meyarı isə yalnız ehtiyacdır.

İstənilən şəxs evində ehtiyacı olmayan və artıq geyinmədiyi paltarları qəsəbənin Nizami küçəsində açılan xeyriyyə mağazasına təhvil verə bilər. Həmin geyimlər mağazaya gələn ehtiyacı olanlara təmənnasız şəkildə verilir.

“Ehtiyacın varsa, götür, ehtiyacın yoxdursa, as” devizi ilə fəaliyyət göstərən mağazanın funksiyası məhz ehiyacı olan, ancaq imkanı olmayanları geyimlə təmin etməkdir. İdeya sahibi mağazanın sui-istifadəyə yol açmayacağına ümid edir və həqiqi geyimə ehtiyacı olanları gözlədiklərini deyir.

Mağaza həftə içi hər gün saat 14:00-dan 17:00-a qədər fəaliyyət göstərir. Bir neçə gündür açılan mağazadan geyim götürənlər də olub.

Sələf Xəbər: Uca Allah buyurur: “Kim könüllü olaraq yaxşılıq etsə, bu onun üçün daha xeyirli olar”. (Qurani-Kərim, “Bəqərə” surəsi, 184-cü ayə)

Uca Allah, həmçinin buyurur: “Siz nə yaxşılıq edirsinizsə, şübhəsiz ki, Allah onu bilir”. (Qurani-Kərim, “Bəqərə” surəsi, 215-ci ayə)

Digər xəbərlər

ARXİV

Noyabr 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
252627282930