Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Ekranı bölünə biləcək telefonlar istifadəyə veriləcək

Mart 11
16:47 2016

Android əməliyyat sisteminə ekranı ikiyə bölərək iki tətbiqi eyni zamanda istifadə etmək imkanı əlavə edilir.

“Sələf Xəbər” Ölkə.Az-a istinadən xəbər verir ki, Android N adlanan bu əməliyyat sisteminin ilk varianti test edilmək üçün mobil tətbiqlər hazırlayan şirkətlərə təqdim edilib.
Nəticələrdən asılı olaraq bu yeniliyin yayda tam istifadəyə veriləcəyi gözlənilir.
Google şirkətinin təqdim etdiyi ən son əməliyyat sistemi olan Android Marshmallow hazırda telefonların cəmi 3 faizində istifadə edilir.
Telefonların 36 faizi bundan əvvəlki Android Lollipop sistemində işləyir.
Lakin Samsung və LG kimi böyük istehsalçılar Marshmallow ilə işləyən yeni cihaz buraxmağa hazırlaşır.
Gözlənilir ki, ekranı bölmək funksiyası eyni anda tətbiqlər arasında məlumat paylaşmasını da asanlaşdıracaq.
Digər yeniliklərsə uzun ömürlü batareya və bəzi dizayn dəyişiklikləridir.
Android N-ə N hərfi ilə başlayan fındıqlı əzmənin adının verilməsi gözlənilir.

Sələf Xəbər: Uca Allah buyurur: “(Ey insanlar!) Məgər Allahın göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları və buludları, meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və i. a.) nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü?” (Qurani-Kərim, “Loğman” surəsi, 20-ci ayə)

Digər xəbərlər

ARXİV

Aprel 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930