Elektromobillər bu qiymətə satışa çıxarılıb
1. 192 dəfə baxılıb
“Tesla Motors” şirkətinin sahibi və milyarder İlon Mosk Kaliforniyada yeni elektromobili təqdim edib.
Axar.az xəbər verir ki, Model-3 adını almış orta həcmli sedan tipli avtomobillər şirkətin kütləvi satış üçün nəzərdə tutulan ilk məhsuludur.
2017-ci ilin əvvəllərindən istehsal olunmağa başlanacaq Model-3-ün qiyməti 35 min dollardan başlayacaq.
İlon Mask artıq 138 min sifariş aldıqlarını və avtomobilin çox sərfəli qiymətlərlə satıldığını deyib.
Model-3 avtomobilləri elektrik enerjisi ilə doldurlumuş 1 akkulumyatorla 300 kilometr fasiləsiz yol gedə biləcək.
Bundan başqa, maşın 6 saniyəyə sürətini 100 kilometrə qədər artıra biləcək.
Sələf Xəbər: Xatırladaq ki, Uca Allah 1400 il əvvəl Quranda, indiyədək bəşəriyyətə məlum olmayan müxtəlif nəqliyyat növlərinin meydana çıxması barədə bizə xəbər verib. Uca Allah buyurur: “Atları, qatırları və uzunqulaqları sizə həm minik, həm də zinət olsun deyə (Allah yaratdı). O, sizin hələ bilmədiyiniz bir çox şeylər də yaradacaqdır”. (Qurani-Kərim, “Ən-Nəhl” surəsi, 8-ci ayə)
Nüfuzlu Quran təfsirçisi, mərhum Əbdürrəhman Əs-Saadi (Allah ona rəhmət etsin) bu ayəni şərh edərkən demişdir: “Uca Allah, həmçinin xəbər verir ki, Quran nazil edildikdən sonra da insanların bilmədiyi çoxlu şeylər yaradılacaqdır. İnsanlar quruda, dənizdə və havada istifadə ediləcək müxtəlif əşyalar icad edəcəklər. Onlar bu ixtiraları öz maraqları üçün tətbiq edəcək və onlardan faydalanacaqlar. Allah-Təala bu ixtiraları adbaad sadalamır, çünki Müqəddəs Kitabda Allahın qullarına məlum olan əşyaların adları çəkilmişdir ki, onları mövcud olan digər oxşar əşyalarla müqayisə etmək mümkündür. Əgər Quranda bu Kitab nazil edilən zaman hələ mövcud olmayan şeylərin adı xatırlansaydı və insanlar o uzaq zamanlarda belə şeylərin bənzərini görməmiş olsaydılar, onda onlar o şeylərin heç mahiyyətini belə dərk edə bilməzdilər. Buna görə Allah ayəni geniş məna ilə nazil etmişdir ki, o, bütün məlum olan və ya naməlum məxluqları əhatə edə bilsin”.