Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

“Elektron hökumət” portalının xidmətlərindən nə qədər insan yararlanır?

İyul 14
10:21 2014

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) “Elektron hökumət” portalına daxil olanların sayının 427854 nəfərə çatdığını bildirir. RYTN Məlumat Hesablama Mərkəzi (MHM) “Elektron hökumət” portalına daxilolmaların mütəmadi statistikasını aparır.

Statistik uçotun aparıldığı tarixdən – 2012-ci ilin dekabrından 2014-cü ilin iyun ayının 30-na qədər portala daxil olanlar haqda toplanan məlumatlar göstərir ki, portala ümumilikdə 799 944 daxilolma qeydə alınıb.

Portala müraciət edənlərin ümumi sayı 427 854 nəfər olub. Belə ki, 427 854 nəfər ümumən 799 944 dəfə portala baxıb və 1385054 elektron xidmətə müraciət ediblər.

Həmin şəxslər 2780539 dəfə müxtəlif səhifələrə keçid ediblər və portala sərf etdikləri vaxt ortalama 5 dəqiqə 03 saniyə olub. Ümumilikdə bu gün vətəndaşlarımızın portala marağının artması müşahidə olunmaqla yanaşı, təkrarən portala müraciət edənlərin də kütlə nisbəti artmaqdadır.

Bu dövr ərzində portala müraciət edənlərin 53,6 faizini yeni istifadəçilər, 46,4 faizini təkrar müraciət edənlər təşkil edir. Portala daxil olmaq üçün sadələşdirilmiş kod-parol alan istifadəçilərin sayı bu gün 117 255-ə çatıb.

Azərbaycan Respublikasında yaşayan və şəxsiyyət vəsiqəsinə sahib olan istənilən vətəndaş kod-parol əldə edə bilər. Portal üzərindən təqdim edilən xidmətlərin sayı 350 ədəd olub.

Həmçinin 30.06.2014 tarixə elektron imza xidmətindən istifadə məqsədi ilə müraciət edən dövlət orqanlarının əməkdaşlarına, hüquqi və fiziki şəxslərə verilmiş elektron imzaların sayı 19 239 ədədə çatdırılıb. Bundan 13 034-ü dövlət hakimiyyəti orqanlarına, 1004-ü hüquqi şəxslərə, 5201 ədədi isə vətəndaşlara verilib.

Digər xəbərlər

ARXİV

Sentyabr 2019
M T W T F S S
« Feb    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30