Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Ən güclü təbii antibiotiklər

Yanvar 16
16:10 2015

“Sələf Xəbər” Milli.Az-a istinadən ən güclü təbii antibiotiklərin siyahısını təqdim edir:

Sarımsaq
Sarımsağın içərisində olan “allicin” maddəsi əsrlərdir insanları xəstəliklərə qarşı qoruyur. O, yaranın mikroba yoluxub qan zəhərlənməsinə yol açmasının da qarşısını alır.

Soğan
Sarımsaq ilə eyni ailəyə mənsub olan soğan, xüsusilə, böcək və heyvan dişləmələrində dezinfeksiyaedici olaraq istifadə edilir.

Zəncəfil
Zəncəfil 200 ildən çox bir müddətdir ki, alternativ tibb sahəsində ana maddə olaraq istifadə edilməkdədir. Antiimflamatuvar və antibakterial xüsusiyyətləri var. Qan şəkərində tarazlıq yaradır, ürək sağlamlığını dəstəkləyir və ağrıkəsici olaraq istifadə edilir.

Sarıkök
Cazibədar bir rəngi olan zərdəçal bədəni bakteriyalardan qoruyur. Dəri xəstəliklərinə yaxşı gəldiyi və yüngül kəsikləri yaxşılaşdırdığı deyilir. Daxili orqanlarımızdan qaraciyər, ürək və həzm sistemi orqanlarına faydalıdır.

Yaşıl çay
“Nortvestern” Universitetinin araşdırmaçıları yaşıl çayın tərkibində olan bəzi birləşmələrin bədənə zərər verməsinin qarşısını aldığını aşkar ediblər. Yaşıl çay immunitet sistemini gücləndirir, infeksiyalara qarşı bədənin müdafiə sistemini dəstəkləyir.

Bal
Möcüzəvi qida deyincə ağla gələn ilk adlardan olan bal, alternativ tibb üçün olmazsa, olmazlardandır. Antiviral, antiseptik, antienflamatuvar və antibakterial təsirləri var. Bəzi növ bakteriyaların böyüməsinə mane olur.

 Sələf Xəbər: Uca Allah buyurur: “Rəbbin bal arısına belə təlqin etdi: “Dağlarda, ağaclarda və (insanların) düzəltdikləri çardaqlarda özünə pətəklər hör. Sonra bütün meyvələrdən ye və Rəbbinin (səndən ötrü) asanlaşdırdığı yollarla get”. (O arıların) qarınlarından tərkibində insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxır. Həqiqətən, bunda düşünən adamlar üçün dəlillər vardır.” (Qurani-Kərim, “Nəhl” surəsi, 68,69-cu ayələr)

“Arılar – ən kiçik məxluqlardır ki, Allah onlara ən möcüzəli bir tərzdə doğru yol göstərir. O, onlara çiçək dolu çəmənliklərə uçub gəlməkdə və geriyə – Allahdan mənimsədikləri bilik və doğru təlim sayəsində abadlaşdırdıqları pətəklərinə yolu tapmaqda kömək edir. Arıların qarıncıqlarından müxtəlif rəngdə və çalarlarda, torpaq və çiçəklərdən asılı olan dadlı bal çıxır. Bu içki insanlara bir çox xəstəliklərdən şəfa verir. Bütün bunlar Uca Allahın Öz məxluqları barədə göstərdiyi qüsursuz qayğısının və Onun qullarına bəslədiyi kamil xeyirxahlığının dəlilləridir. Bu isə o deməkdir ki, qullar öz məhəbbətini tamamilə təkcə Ona həsr etməli və təkcə Ona kömək üçün dua etməlidirlər.” (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər

ARXİV

Mart 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
25262728293031