Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Ən kiçik dəniz canlısı Plankton oksigen mənbəyidir

May 28
19:38 2015

Alimlər nəticəyə gəliblər ki, Plankton Yer kürəsinin atmosfer qatında olan bütün oksigenin 50%-nə qədərini istehsal edir. “Sələf Xəbər” Sunna Press-ə istinadən bildirir ki, bu barədə “Science” jurnalı tərəfindən dərc olunmuş məqalədə xəbər verilir.

Tədqiqatçılar 140 min kilometrə qədər məsafəni qət etməklə açıq okeanda 3,5 il keçiriblər, planktonun 35 min növünü araşdırıblar və Yer kürəsinin 210 nöqtəsinə baş çəkiblər.

İş gedişatında onlar orqanizmlərin yayılması sahələrini müəyyən etdikdən sonra onların necə bir-biri ilə qarşılıqlı əlaqədə olduqlarını aydınlaşdırıblar. Bundan başqa, bir sıra genetik analizlər də keçirilib.
“Planktonun balinalar üçün qida olmaqdan daha əhəmiyyətli funksiyası var” deyə tədqiqatın rəhbəri Kris Bouler bildirib.

“Bu kiçik orqanizmlər yerin biokütləsinin ayrılmaz hissəsi olmaqla həyati əhəmiyyətə malikdirlər. Hər il onlar fotosintez prosesi nəticəsində bizim planetimizin oksigeninin yarısını istehsal edirlər. Bundan başqa, onlar dünya okeanının qida zəncirinin başında dayanır” dedi.

“Bu xırda orqanizmlər sayəsində atmosferdən çox zərərli karbon qazı uzaqlaşdırılır” deyə Bouler davam etdi.

Alimlər planktonun DNK zəncirini müəyyənləşdirən unikal və öz mahiyyətinə görə yeganə olan araşdırma aparıblar. Bunun nəticəsində planktonun 40 milyona yaxın geni olduğu müəyyən olunub.
Məlum olub ki, planktonun genetik müxtəlifliyi güman olunduğundan daha genişdir. Məqalədə qeyd olunduğu kimi, planktonun müxtəlif orqanizmlərinin arasında əlaqələrin əksəriyyəti parazit xarakteri daşıyır. Bundan başqa, məhz planktonun sayəsində viruslar okeanda belə geniş yayılmışdır.

“Bir halda ki, bakteriyalar planktonun ən çoxsaylı nümayəndəsi sayılır, okeanda virusların əksəriyyəti məhz onları yoluxdururlar” deyə tədqiqatda iştirak etmiş Arizona Universitetinin okeanoqrafı Cennifer Brum bildirdi.

“Sadə dilnən desək, bir stəkan dəniz suyunda təxminən 200 milyon virus olur və onların əksəriyyəti həmin stəkanda olan təxminən 20 milyon bakteriyanı yoluxdururlar” deyə o izah etdi.
Öz tədqiqatları zamanı alimlər müxtəlif çətinliklərlə üzləşiblər. Belə ki, onlar 10 günü Arktikada buz əsarətində keçiriblər, Araılq dənizində fırtınalarla üzləşiblər, həmçinin fransız flotunun müdafiəsinin altında yerli quldurlardan ehtiyat edərək Ədən körfəzinin keçiblər.

Plankton suda qeyri-məhdud hərəkət azadlığına malik olmayan, dənizin dibi ilə bağlı olmayan, göllərdə və dənizdə yaşayan bütün bitki və canlı orqanizmlərinin məcmusuna deyilir.

Sələf Xəbər: “O, dənizi də (sizin) xidmətinizə verdi ki, ondan yemək üçün təzə balıq və taxmaq üçün bəzək şeyləri əldə edəsiniz. Sən gəmilərin dənizi yara-yara üzdüyünü görürsən. (Bütün)(bunlar) (Allahın) lütfündən (sizə nəsib olanları) axtarıb tapmağınız və şükür etməyiniz üçündür.” (Qurani-Kərim, “Nəhl” surəsi, 14-cü ayə).

“Allah təkbaşına, hər hansı bir şəriki olmadan dənizləri və okeanları insanların mənafeyinə xidmət göstərməyə və onlara hər növ fayda verməyə sövq etdi. Bunun sayəsində insanlar dənizdə balıq tutur və onlardan qiymətli əşyalar əldə edirlər. Bu əşyalar insanlar üçün bəzək şeyləridir və onların simasını daha gözəl göstərir. Gəmilər isə hayqıran və qorxunc dənizlərin səthini yararaq ötüb gedir, səyyahları, onların ərzağını, yüklərini və ticarət yüklərini bir ölkədən başqasına daşıyırlar. İnsanlar bu vasitə ilə dolanacaqları üçün qazanc əldə etməyə və Allahın mərhəmətinə nail olmağa cəhd göstərirlər. Allah onlara bunu etməyə icazə vermiş və onların qarşılarına qoyduqları məqsədə çatmağı asanlaşdırmışdır ki, insanlar göstərdiyi mərhəmətinə görə Ona şükür və həmd etsinlər. Uca Allah həqiqətən minnətdarlığa, həmdə və tərifə layiqdir, çünki O, Öz qullarına onların istədiyindən və ya arzu edə biləcəklərindən daha çox nemətlər nazil etmişdir. O, onları arzu etdiklərindən daha çox şeylə təmin etmişdir. Biz Ona həmd edirik, lakin bunu layiqincə edə bilmirik, çünki təkcə Allah Özü Özünü Onun layiq olduğu kimi tərifləyə bilər. (Bax “Təfsir Əs-Saadi”)

Digər xəbərlər

ARXİV

Dekabr 2024
M T W T F S S
« Feb    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031