Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Ən təhlükəsiz messencerlər bəlli oldu

Oktyabr 24
17:42 2016

Beynəlxalq hüquq müdafiə təşkilatı “Amnesty İnternetional” istifadəçilərə aid məlumatların qorunması baxımından ən təhlükəsiz messencerlərin reytinqini tərtib edib.

Selefxeber.az-ın lent.az-a istinadən xəbərinə görə, reytinq siyahısında 11 şirkət və onlara məxsus 16 populyar messencerin adı var. Təşkilat reytinqə mümkün qədər müxtəlif ölkələrin messencer xidmətlərini daxil etməyə üstünlük verib. Belə ki, məsələn, “WhatsApp” dünyada çox populyar olduğu halda, Çində kiçik auditoriyaya malikdir. Bu ölkədə “Tencent” telekom operatorunun “WeChat” messenceri populyardır.

Reytinqə “Facebook Messenger” və “WhatsApp” (bu messencer də “Facebook”a məxsusdur) başçılıq edir. Bu xidmətlər 100 mümkün baldan 73 bal toplayıb. “Amnesty İnternational” ilk növbədə xidmətlərdə şifrələmə məsələsinə diqqət yetirib. 16 messencerdən yalnız altısında “end-to-end” avtomatik şifrələmə var. Bunlar “WhatsApp, “iMessage”, “FaceTime”, “Duo”, “Line” və “Viber”dir.

Reytinqdə 2-ci və 3-cü yerləri “iMessage”, “FaceTime” və “Telegram” bölüşdürür. Lakin reytinq müəllifləri “Telegram”da “end-to-end” şifrələmə qurulmadığını bildiriblər.

Siyahıda Çinin QQ və “WeChat” xidmətləri sonuncu olub. Bu xidmətlər istifadəçilərə təhlükələr barədə xəbərdarlıq etmir və fikir azadlığına dəstək vermirlər. Onlarda “end-to-end” şifrələmə yoxdur. “Blackberry Messenger”, “Hangouts”, “Skype” və “Snapchat” da aşağı qiymət alıblar. Onlarda da şifrələmə yoxdur.

Reytinq tərtib edilərkən hakimiyyət orqanlarının istifadəçilərin məlumatlarını əldə etmək üçün sorğularına xidmətlərin reaksiyası da nəzərə alınıb. Bu meyar üzrə “Facebook Messenger”, “WhatsApp”, “Snapchat”, “Skype”, “Kakao Talk” (Cənubi Koreya) və “Google”un messencerləri yüksəl bal alıb. 1,5 milyard istifadəçiyə malik QQ və “WeChat” isə bu sahədə də autsayderdir.

Digər xəbərlər

ARXİV

Noyabr 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
252627282930