Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Ən təhlükəsiz smartfon satılacaq

İyul 09
09:57 2014

Milli.Az ICTnews-a istinadən bildirir ki, İsveçrənin SGP Technologies şirkəti son dərəcə təhlükəsiz Blackphone smartfonunun birinci modellərinin tədarükünə başlayıb.

Şirkətdən bildirilib ki, Blackphone smartfonunun birinci partiyası, demək olar ki, satılıb. İyulun 14-dən sözügedən smartfonun növbəti satışlarına başlanılacaq.

629 dollarlıq aparat İsveçrənin SGP Technologies şirkəti tərəfindən buraxılır. Cihaza Android əməliyyat sisteminin xüsusi versiyası quraşdırılıb. Aparat təhlükəsiz səsli və videozəng sistemi, mətn messenceri və fayl mübadiləsi, həmçinin məxfi rejimdə internet brauzer təklif edir.

Əvvəllər PGP proqram təminatını yaratmış və Silent Circle şirkətinin yaradıcısı və direktoru Filipp Simmerman deyir ki, Blackphone smartfonu tərəfdaşlar üzərindən Avropa, Şimali və Cənubi Amerikada satılacaq.

Simmerman deyib ki, smartfon nəzarət edəcək ki, mobil rabitə provayderləri və tətbiq tərtibatçıları istifadəçi haqda həddən-ziyadə məlumat toplamasın.

Digər xəbərlər

ARXİV

Noyabr 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
252627282930