Enerjiyə çevrilən tullantılar
1. 051 dəfə baxılıb
www.popsi.com saytı xəbər verir ki, İngiltərədə bir supermarket, satılmayan, xarab olmuş məhsullardan hasil olunan bioqazla çalışmağı planlaşdırır.
Mərkəzi İngiltərədə yerləşən Seynsburiz mağazası, anaerob reaktorların köməyindən istifadə etmək fikrindədir. Mağaza, Birləşmiş Krallığın enerji sistemindən elektrik enerjisi ilə təmin olunmayaraq, yalnız reaktorlar vasitəsilə enerji tələbatını ödəməyi planlaşdırır. Enerji, kömür, təbii qaz, AES və digər mənbələrdən hasil olunacaq. Seynsburiz mağazası hətta enerji sisteminə qayıdan artıq elektrik enerjisini də satışa çıxaracaq.
BBC-dən əldə edilən məlumata əsasən, Seynsburiz, Birləşmiş Krallıqda milli enerji sistemindən enerji ilə təmin olunmayan ilk mağaza olacaq. ABŞ-da irimiqyaslı mağazalar bu üsula əl atmasa da, Kroqer qastronom (ərzaq) mağazalar şəbəkəsi, distribütör mərkəzinə lazım olan elektrik enerjisinin 20%-dən çoxunu təmin edən anaerob reaktor quraşdıracaq. ABŞ-da da bir çox şəhərlər vaxtı keçmiş məhsullardan faydalanmaq üçün anaerob reaktor quraşdırmağı planlaşdırır.
Seynsburiz mağazasının planlaşdırdığı sistem belə çalışacaq: Seynsburiz mağazalarından gətirilən xarab məhsullar mərkəzi anbara daşınacaq (bir mağazada, enerji təmin etmək üçün kifayət qədər xarab məhsul olmur, odur ki, Kennokdakı Seynsburiz mağazasını enerji ilə təmin etmək üçün bir neçə mağazada yığılmış xarab məhsullar gətirilməlidir). Tullantıların idarə olunması ilə məşğul olan Biffa şirkəti, onları anbardan Kennok şəhərindəki zavoda aparacaq.
Biffanın Kennokdakı anaerob reaktorunda, məcazi mənada desək, “inəyin yemək yedikdən sonra qarnında baş verənlər” baş verir. Qidalar, oksigensiz artan xüsusi bakteriya növləri ilə dolu oksigensiz çənlərə doldurulur. O bakteriyalar, qidaları bir neçə mərhələ boyunca hissələrə ayırır; son mərhələdə, bakteriyalar ilk növbədə karbon və metan qazı hasil edir.
Biffa zavodu metan qazını karbon qazından ayıraraq, daha sonra əldə edilən biometan qazını, eynilə yerin altından hasil edilmiş təbii qaz kimi enerji təminatında istifadə edir. 1.5 km uzunluğa malik kabel, elektrik enerjisini Seynsburiz mağazasına geri ötürür.
Lakin, anaerob qıcqırtmanın bəzi çatışmazlıqları var. Reaktor, acıtma adlanan bəzi bərk və maye tullantılar emal edir. Acıtmaların bəzilərini gübrə kimi istifadə etmək olar, lakin bu gübrəni satmaq üçün müştərilərə ehtiyac var. Bir sözlə, anaerob qıcqırtma, artıq qalmış məhsulların çox da xoşagəlməyən üsulla istifadəsidir. Məsələyə ətraf mühit nöqteyi-nəzərindən yanaşdıqda, vaxtının bitməsinə az qalmış məhsulları xeyriyyə təşkilatlarına və ya heyvanların qidalandırılması üçün heyvan saxlanma mərkəzlərinə vermək daha məqsədəuyğundur. Lakin, əgər ərzaqlar mütləq tulladılmalıdırsa, bu zaman ən yaxşı üsul anaerob qıcqırtmadır. Bəs istixana qazı olan karbon qazını hasil edən proses qlobal istiləşməni azaltmağa necə kömək edə bilər? Yaxşı sualdır.
Fərqi yoxdur siz ölmüş bitkiləri yandırırsınız yoxsa qıcqırdıcıya doldurursunuz, onlardan çıxan karbon qazı, heç də qlobal istiləşmənin azalmasına kömək etmir. Əslində, gələcək nəsil bitkilər, əvvəlki nəsil ölü bitkilərin buraxdığı karbon qazını udmalıdır. Qıcqırdılmış və ya yandırılmış hər bir ölü bitki üçün, yeni bir bitki əkilməlidir. Bu cəhətdən çoxartımlı bitkilərin əkilməsi daha məqsədəuyğundur. Yerin altından hasil edilən karbon qazı, qıcqırtma yolu ilə əldə edilən karbon qazından tamamilə fərqlidir. Çünki, əgər insan karbon qazını yerin altından qazıb çıxarmasa, qaz orda olduğu kimi qalır və ətraf mühitə heç bir zərəri dəymir.
U.K. Supermarket To Run On Electricity Made From Its Own Rotting Food
Sələf Xəbər: Heç şübhəsiz ki, ətraf mühit də Allahın ən möhtəşəm yaratdıqlarından biridir. Yaşadığımız bu təbiət Allahın bizə əta etdiyi nemətlərdən sayılır.
Uca Allah buyurur: “(Ey İnsanlar!) Məgər Allahın göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları və buludları; meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və i. a.) nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü?” (Müqəddəs Quran, “Loğman” surəsi, 20-ci ayə).
Biz, insanların verilən bu nemətin qədrini bilməyimiz vacibdir. Nemətdən düzgün istifadə etməmək onun azalmasına və ya tamamilə məhv olmasına gətirib çıxarır. Məsələ bununla da bitmir. Rəbbin nemətinə nankor olanlar Onun qəzəbinə düçar olar. Uca Allah buyurur: “Allahın nemətinə nail olandan sonra onu dəyişdirənlərə Allah şiddətli əzab verəcəkdir!” (Müqəddəs Quran, “Bəqərə” surəsi, 211-ci ayə).
Dinimiz nəyinki ətraf mühiti qorumağı buyur, əksinə onu daha da yaxşılaşdırmağı insanlara tövsiyə edir. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurur: “Bir müsəlman ağac və ya bitki əkib becərər, onu quş ,insan və ya heyvan yeyərsə bu becərən kimsənin sədəqəsi sayılar.” (Buxari və Muslim).