Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Ərəb dilini öyrənmək üçün 7 səbəb

Mart 28
17:30 2016

1. Qurani-Kərimi tərcüməsiz anlaya biləcəksiniz.

Bizim üçün dəyərli olan bir adam xarici dildə bizə məktub göndərirsə, biz onu anlamaq üçün tərcümə etməyə tələsirik. Tərcümə nə qədər mükəmməl olsa belə, mətnin tam anlamı orijinal dildə daha aydın olur. Ərəb dili öz zənginliyi ilə seçildiyi üçün heç bir tərcümə onun mənasını oxucuya tam dolğunluğu ilə çatdıra bilmir.

2. Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) sözlərini anlayacaqsınız.

Düşünün ki, siz Muhamməd peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) sözlərini orijinalda olduğu kimi ərəb dilində oxuyub anlaya biləcəksiniz.

3.Namazda diqqətli olacaqsınız.

Namaz zamanı “Qurani-Kərimdən” oxuduğunuz surələrin mənasını daha aydın anladığınız üçün diqqətiniz daha da artacaq. Namaz artıq sizin üçün ritual hərəkət və sözlərdən ibarət olmayacaq. Siz namaz qılarkən Rəbbinizlə danışmış olacaqsınız.

4. Müsəlman alimlərin əsərləri ilə tanış ola biləcəksiniz.

İslam dini üzrə yazılmış bir çox kitabların ərəb dilindən tərcümə olunmasına baxmayaraq, həmin kitabları orijinal dildən oxumaq imkanına sahib olacaqsınız.

5. Ərəb dili dünyada yayılmış bir dildir.

Ərəb dili 24 ölkənin rəsmi dili olmaqla yanaşı, bütün dünyada 300 milyon insanın danışdığı bir dildir.

6. İşə qəbul daha asan olacaq.

Bir sıra ölkələrdə aparılmış tədqiqatlar göstərir ki, öz ana dilindən əlavə olaraq, ikinci bir dili bilən şəxslər üçün işə qəbul daha asan olur.

7. Yeni dil öyrənmək yaddaşı yaxşılaşdırır.

Müxtəlif ölkələrdə aparılan tədqiqatlar zamanı məlum olub ki, iki və daha çox dil bilən insanlar daha güclü yaddaşa və ünsiyyət qurmaq qabiliyyətinə malikdirlər.

Mənbə: Medina Center

Sələf Xəbər: Uca Allah buyurur: “Biz Quranı ərəbcə nazil etdik ki, onu anlayasınız.” (Müqəddəs Quran, “Zuxruf” surəsi, 3-cü ayə).

“Rəbb, Özünün sonuncu vəhyini bütün dillərdən ən zəngin və ən aydın olan bir dildə nazil etməsinin dəlili olaraq bu andı içmişdir. Bu ona görə edil­mişdir ki, insanlar Kitabı anlaya bil­sin­lər. Allah onun qavranılmasını asanlaş­dırmış və qulları üçün əl­ve­rişli etmişdir ki, onlar onun sözlərini başa düşsünlər və onlarda əks olunmuş mənanı anlasınlar.” (Bax “Təfsir Əs-Saadi”).

Digər xəbərlər

ARXİV

Noyabr 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
252627282930