Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Ərəblər Marsa kosmik aparat göndərəcək

May 07
13:37 2015

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) 2021-ci ilədək Marsa ilk kosmik zondun göndərilməsi ilə bağlı planlarını açıqlayıb.

“Sələf Xəbər”in Lent.az-a istinadən xəbərinə görə, bu barədə BƏƏ-nin Vitse-prezidenti və Baş naziri, Dubay əmiri Şeyx Məhəmməd bin Rəşid Əl-Məktumun çıxışına istinadən “The National” nəşri məlumat verib.

Zondun saatda 40 min kilometr sürətlə 60 milyon kilometr məsafəni qət edərək 200 sutkaya – ölkənin yaradılmasının 50 illiyi tarixində (1 dekabr 2021-ci il) Marsa çatacağı gözlənilir. Missiya zamanı zond planetin atmosferi və iqlimi haqqında informasiyanın olduğu 1 terabayt tutumlu məlumat ötürəcək. Bildirilir ki, bu məlumatlardan dünyanın 200-dən çox elmi müəssisəsinin minlərlə mütəxəssisi istifadə edəcək.

Hazırda “Al Amal” (Ümid) adlanan zond üzərində 75 alim çalışır. 2020-ci ilədək BƏƏ onların sayını 150 nəfərədək artırmağı planlaşdırır. Vitse-prezidentin bildirdiyinə görə, ölkənin zondun yaradılması üçün altı il vaxtı qalıb.

İki il əvvəl BƏƏ məqsədi Marsa kosmik aparatın buraxılması olan Milli Kosmik Agentlik yaradıb. Zondun yaradılması üzrə işlərin dəyəri 5,44 milyard dollar qiymətləndirilib. Bu məqsədlə 2016-cı ilədək ölkə “Virgin Galactic” və “Aabar Investments” şirkətlərinin birgə iştirakı ilə kosmodrom tikməyi nəzərdə tutur.

Sələf Xəbər: Uca Allah buyurur: “Doğrudan da, Rəbbiniz göyləri və yeri altı gündə yaradan, sonra da Ərşə ucalan Allahdır. O, gündüzü sürətlə təqib edən gecə ilə örtüb bürüyür. Günəşi, ayı və ulduzları Öz əmrinə tabe edən də Odur. Əslində, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi Allah nə qədər xeyirxahdır!” (Qurani-Kərim, “Əraf” surəsi, 54-cü ayə)

Digər xəbərlər

ARXİV

Aprel 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930