Ermənilər “Qarabağ faciəsi” filminə etiraz etdilər
722 dəfə baxılıb
Niderland dövlət televiziyasında göstərilən “Qarabağ faciəsi” filmi erməniləri hiddətləndirib.
“Sələf Xəbər” Lent.az-a istinadən bildirir ki, Diasporla İş Üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Benilüks Azərbaycanlılar Konqresinin (BAK) dəstəyi ilə Niderland Krallığının dövlət televiziyası olan Ned2 telekanaında “Qarabağ faciəsi” adlı sənədli film nümayiş etdirilib. Filmdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyəti, Azərbaycan ərazisinin 20 faizdən çox hissəsinin işğal edilməsi, Ermənistandan və Dağlıq Qarabağdan qovulmuş bir milyon azərbaycanlının vəziyyəti hollandların, eləcə də bu ölkədə yaşayan xaricilərin diqqətinə çatdırılıb.
Filmin nümayişindən sonra Niderlandda və ümumiyyətlə, Avropada yaşayan ermənilər, ermənipərəst qüvvələr tərəfindən yerli qəzetlərdə və internet portallarında etiraz bəyanatları verilib. Onlar filmdə ermənilərə vaxt ayrılmaması, münaqişəyə birtərəfli yanaşılması kimi ittihamlarla dolu yazı və statuslarla çıxış ediblər, filmin çəkiliş qrupu haqqında sərt mesajlar yaymaqdan belə çəkinməyiblər.
Qeyd edək ki, artıq üçüncü dəfədir BAK-ın dəstəyi ilə Niderland Krallığının Ned2 və Ned3 telekanallarında Xocalı soyqırımı, həmçinin Dağlıq Qarabağ həqiqətlərindən bəhs edən film nümayiş etdirilir. Bir müddət əvvəl BAK-ın dəstəyi və türkoloq Aleskandr de Grootun iştirakı ilə hazırlanmış Xocalı soyqırımına dair sənədli film ermənilərin iç üzünü açaraq yerli tamaşaçılarda dərin izlər buraxıb.
Sələf Xəbər: Uca Allah hələ 1400 il bundan əvvəl bu insanları aşağıdakı kimi təsvir etmişdir: “Onlar sizə qarşı fəsad törətməkdən əl çəkməzlər, sizin sıxıntıya düşməyinizi istəyərlər. Düşmənçilikləri onların ağızlarından (çıxan sözlərdən) bəllidir. Kökslərində gizlətdikləri (düşmənçilik) isə daha böyükdür. Əgər anlayırsınızsa, Biz ayələri artıq sizə bəyan etdik”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 118-ci ayə)