Eşitmə qüsurlu insanlar üçün inanılmaz xidmət hazırlanıb
798 dəfə baxılıb
Avstraliyanın eşitmə qüsurlu insanlar üçün milli “National Relay Service” telefon danışıqlarının tərcüməsi xidməti danışıqların aparılması üçün yeni texnologiya hazırlayıb.
“Sələf Xəbər” Atv.az-a istinadən bildirir ki, eşitmə qüsuru olan abunəçi artıq həmsöhbəti ilə birbaşa ünsiyyət qura, internetə qoşulmaqla cavabları kompyuterin və ya smartfonun ekranında, həmçinin mətn terminalları olan xüsusi telefon aparatlarında oxuya bilər.
Həmsöhbətin sözlərinin mətnə çevrilməsi nitqin tanınması proqramlarının köməyi ilə xidmət operatoru tərəfindən yerinə yetirilir. Bu zaman sürət adi ünsiyyətdə olduğu kimi dəqiqədə 150-180 sözə çatır.
Qeyd edək ki, Avstraliyada “National Relay Service” xidmətləri ödənişsiz həyata keçirilir. Bu xidmət hazırda danışıqların 8 tərcümə variantını, o cümlədən jest dilindən istifadə etməklə videotərcüməni təklif edir.
Sələf Xəbər: Uca Allah buyurur: “(Ey insanlar!) Məgər Allahın göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları və buludları, meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və i. a.) nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü?” (Qurani-Kərim, “Loğman” surəsi, 20-ci ayə)