Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Əsl qış meyvəsi: Kivi

Oktyabr 07
20:32 2014

“Sələf Xəbər” kadinvekadin.net saytına istinadən kivinin faydaları barədə məlumatları təqdim edir.

Tərkibində olan vitamin və minerallarla xərçəngə tutulma riskini azaltmağa kömək edən kivinin orqanizm üçün necə faydalı olduğunu bilirdinizmi?

Turş dadı və tüklü qabığı ilə ən çox sevilən meyvələrdən biri olmasa da, kivi qış mövsümündə mütləq yeyilməli olan meyvələrdəndir. Tərkibində olan vitamin və minerallarla immuniteti gücləndirən kivi, həmçinin yaşlanmanı gecikdirir.

Antioksidantlarla zəngindir

Kivi antioksidantlarla ən zəngin meyvələrdən biridir. Tərkibindəki flavanoid və karotenoid kimi maddələr genlərin quruluşunun qorunmasına kömək edir.

Xərçəngə qarşı qoruyur

Yüksək miqdarda C vitamini, karotenoid və flavanoidlərlə ilə zəngin olan kivi orqanizmi oksidantlardan (zərərli maddələrdən) təmizləyir. Bu səbəbdən də xərçəngə yaxalanma riskini azaldır.

Prebiotik təsir göstərir

Prebiotik qidalar bağırsaqlarda yaşayan faydalı mikroorqanizmlərin qida mənbəyidir. Bu səbəbdən kivi qəbizlikdən əziyyət çəkənlər və yoğun bağırsaq xərçənginə qarşı profilaktik tədbirlər görmək istəyənlər üçün çox faydalı bir meyvədir.

İdmançılar üçün ideal qida

İdmançıların tərlə həddən artıq potasium itirir. Potasium ehtiyacının ödənilməməsi, əzələ qıcolmasına səbəb olur. Kivi potasiumla zəngin olduğu üçün, idmançılar üçün də ideal bir meyvədir.

Astmaya qarşı təsirlidir

18 min uşaq üzərində aparılmış və dünyanın tanınmış jurnallarından biri olan Thorax jurnalında nəşr edilmiş araşdırmanın nəticələri belədir: həftədə 5-7 porsiya qreypfrut və kivi yeyən astmalı uşaqlarda nəfəs tutulması ilə bağlı şikayətlər 32%, gecə öskürmələri 27%, burun axması is 28% azalmışdır.

Pəhrizə uyğundur

Bir ədəd kivi sadəcə 45 kaloridir. Bundan əlavə qlikemik indeksi aşağı olduğu üçün qanda şəkərin səviyyəsini qaldırmır. Odur ki, həm arıqlamaq istəyənlər, həm də şəkər xəstələri üçün uyğun və faydalı meyvədir.

Gündə bir ədəd kivi yeyilməlidir

Kivi C vitamininə olan gündəlik tələbatın təqribən 80%-ini, gündəlik lif ehtiyacının isə 10%-ni ödəyir.

Necə yemək olar

Kivini həm tək meyvə kimi yeyə bilər, həmçinin:

  • meyvə salatlarına əlavə edə bilərsiniz
  • qatığa əlavə edərək meyvəli yoqurt hazırlaya bilərsiniz
  • yaşıl tərəvəzlərdən ibarət salatlara əlavə edə bilərsiniz
  • toyuq və ət yeməklərinə ləzzət qatmaq üçün istifadə edə bilərsiniz

Digər xəbərlər

ARXİV

Noyabr 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
252627282930