Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Everestdə də Wi-Fi var

Noyabr 25
14:15 2014

Müasir texnologiyalar yavaş-yavaş dünyanın ən əlçatmaz yerlərinə də gəlib çıxır.

“Sələf Xəbər” Trend-ə o da Azərbaycan Alpinizm Federasiyasına istinadən məlumat verir ki, ötən həftə Everest dağının əsas düşərgəsində (Nepal tərəfdən) simsiz Wi-Fi xidməti istifadəyə verilib. Bunun vasitəsilə artıq düşərgəyə aid olan bütün ərazidə internet şəbəkəsinə giriş daha asan olacaq.

Bu xidmət Nepal hökumətinin Kxumbu vadisi bölgəsini müasir texnologiyalarla təmin etmə proqramının bir hissəsidir.

“Everest Link” şirkətinin müdiri Buddhi Tamanq bildirib: “Alpinistlərin və digər adamların internetə giriş proseslərini daha da asanlaşdırmağa çalışırıq. Bu onlara dünya ilə daima təmasda olmağa imkan verəcək. Bu proqram sayəsində Kxumbu dağ bölgəsinə gələn və ya burada yaşayan hər bir kəs dünya ilə daha ucuz ünsiyyətə girə bilər. Əvvəllər onlar yalnız bahalı peyk rabitəsi vasitəsilə ünsiyyət saxlayırdılar”.

 

“Yer onları silkələməsin (atıb-tutmasın) deyə, orada möhkəm (durmuş) dağlar yaratdıq; onlar (istədikləri yerə) rahat gedib çata bilsinlər deyə, orada geniş yollar əmələ gətirdik”.

Qurani-Kərim, “əl-Ənbiya” surəsi, 31-ci ayə

Digər xəbərlər

ARXİV

Aprel 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930