Evin havasının mükəmməl təmizliyini istəyirsinizsə…
951 dəfə baxılıb
Hər gün nəfəs aldığımız hava müxtəlif (hətta, ağlınıza belə gətirmədiyiniz) mənbələrdən çirklənir.
Havada formaldehid, benzol və trixloretilen kimi bəzi kimyəvi maddələr mövcuddur. Mütəxəssislər bütün bu kimyəvi maddələrin birləşərək insanlarda allergik simptomlar əmələ gətirə biləcəyini bildirirlər.
“Sələf Xəbər”-in Tabloid.az-a istinadən məlumatına görə, ABŞ-ın Milli Aerokosmik Assosasiyasının (NASA) apardığı tədqiqatlar nəticəsində müəyyənləşdirilmişdir ki, 300-dən çox üzvi qarışıq kosmos ətrafında dolanır və Yer kürəsi üzərindəki hava təbəqəsini çirkləndirir.
Bundan basqa, evdəki mebel də nəfəs aldığımız havanı zəhərləyir.
Mütəxəssislər zərərli maddələri havadan sovuraraq təmizləmə işini həyata keçirmək üçün otaqda ən az 3-4 bitki saxlamaq lazım olduğunu bildirirlər. Evdə saxladığımız bitkilər evin havasını bir sıra toksinlərdən təmizləyir, nəfəs alarkən verdiyimiz karbon qazını udaraq fotosintez prosesinə sərf edir və oksigenlə havanı zənginləşdirir. Yarpaqları havanı nəmləndirir, kökləri isə kimyəvi maddələri və virusları özünə çəkir. Buna görə də evinizdə havanı təmizləmək üçün çoxlu bitkilər saxlayın. Evinizi bitkilərlə dekorasiya etsəniz, onlar sizə evinizdəki arzuolunmaz toksinlərdən (zəhərli maddələrdən) qurtulmağa kömək edəcək.
Araşdırma nəticəsində aydın olub ki, Areka Palması bir otağın içindəki formaldehid maddəsini 4 saat içində təmizləyir.
Çoxlarımız elə bilirik ki, evimizdəki hava təmizdir.
Ayıdöşəyi ( qıjı), xrizantema, drakon ağacı, sarmaşıq, areka palması, kleome (Chlorophytum Comosum – spider plants), İngilis sarmaşığı kimi bitkilər inanılmaz hava təmizləyici effektə malikdirlər.
1973-cü ildə NASA sıxlaşmış hava örtüyünün keyfiyyətli olmasını təmin etmək məqsədilə təcrübə keçirmiş və nəticədə, yuxarıda adı çəkilən bitkilərin daha güclü təmizləyici effekti olduğunu aşkarlamışdır. Kleome formaldehidi, xrizantema isə benzolu (başqa sözlə, kanserogen, yəni xərçəng xəstəliyi yaradan zərərli tullantıları) daha effektiv şəkildə təmizləyir.
Müxtəlif bitkilər müxtəlif maddələri təmizlədiyindən, yaxşı olardı ki, otağın hər 100 kv. m-ə minimum iki növ bitki yerləşdirəsiniz. Daha çox olsa isə təbii ki, ziyanı yoxdur (Burada, əlbəttə, yataq otağı istisnadır, çünki gecə sizə lazım olan oksigeni bitkilər “istehsal” yox, “istehlak” edəcək).
Xüsusən də, əgər eviniz elektrik məftilləri keçən yerə və ya köməkçi stansiya və s. bu kimi elektriklə bağlı məntəqə yaxınlığındadırsa, mənzilinizdə mütləq kanserogen maddələri təmizləyən bitkilər saxlamağınız tövsiyə olunur.
Sələf Xəbər: Heç şübhəsiz ki, ətraf mühit də Allahın ən möhtəşəm yaratdıqlarından biridir. Yaşadığımız bu təbiət Allahın bizə əta etdiyi nemətlərdən sayılır.
Uca Allah buyurur: “(Ey İnsanlar!) Məgər Allahın göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları və buludları; meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və i. a.) nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü?” (Qurani-Kərim, “Loğman” surəsi, 20-ci ayə)