Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Fabletlər populyarlaşıb

Sentyabr 05
16:24 2014

“ICTnews” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “International Data Corporation” (IDC) analitiklərinin proqnozuna görə, 2014-cü ildə 5,5 düymdən çox ekrana malik smartfonlar – fabletlər (və ya planşetofon) tədarük həcminə görə yığcam FK-i, 2015-ci ildə planşetləri ötəcək.

Ekspertlərin qiymətləndirməsinə əsasən, cari ildə dünyada 175 milyon fabletlər tədarük ediləcək, halbuki 170 milyon səviyyəsində yığcam FK tədarükü gözlənilir. Növbəti il böyükölçülü smartfonların tədarükü 318 milyona çatacaq.

Fabletlər yeni məhsul kateqoriyasına aid olsalar da, ekspertlər qeyd edirlər ki, böyükölçülü smartfonlar artıq bazarda mühüm rol oynayır və 7 düymlük planşetləri sıxışdırmağa nail olublar.

“Yaxın günlərdə “Apple”ın qurğularının bu kateqoriyanı doldurmasını nəzərə alaraq biz fabletlərə diqqətin artmasına umid edirik” – analitik Melissa Çau bildirib və əlavə edib ki, böyük ekranlar smartfonlar üçün standart hala çevrilir. “IDC” analitik şirkətinin nümayəndələri hesab edirlər ki, 2018-ci ildə fabletlərin tədarükü təxminən 593 milyona çatacaq və ümumi smartfon tədarükü həcmində bu cihazların bazar payı 32,2%-dək artacaq.

Digər xəbərlər

ARXİV

Noyabr 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
252627282930