Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Facebook və twitter radikallığı yaymaqda ittiham olunurlar

Dekabr 01
17:10 2014

“Sələf Xəbər” alarabiya.net- ə istinadən xəbər verir ki, hələ də beynəlxalq səylər radikal qruplaşmaların fikirlərinin internet şəbəkələrində yayınlanmasına son qoymağa müvəffəq ola bilmir.

Buna görə də beynəlxalq texnologiya şirkətləri radikalların fəaliyyətlərini dayandırmaqda köməkləşmədikləri və əksinə yayınlamaqda davam etdikləri üçün ittiham olunmaqdadırlar. Artıq bu böhran dünyadakı anti terror təşkilatlarındakı ekspertlərin və bu sahə uzre məsul olan şəxslərin diqqətindən yayınmır.

Məhz buna görə də aidiyyatı qurumlar İŞİD terror xəvaric qruplaşmasının cavanların sosial şəbəkələrə üz tutması fürsətindən istifadə etməsindən dəfələrlə çəkindirmişdirlər.

Təkcə twitterin özünün dünyada 300 milyon istifadəçisi var və İŞİD terror xəvaric qruplaşması da həmin şəbəkədə öz fəaliyyətlərini və əməliyyatlarını yaymaqda davam edir. Həmçinin, instagram və youtube də propaqanda kompaniyası yayımı üçün istifadə edilir.

İŞİD terror xəvaric qruplaşması keçən aprel ayında məlumatlarını avtomatik yolla elektron ayarlarını inkişaf etdirərək bir gündə qırx min məlumat yaymışdır. Britaniya Rabitə İdarəsinin yeni müdiri Robert Hanigan demişdir ki, İŞİD ilk terror qruplaşmasıdır ki, onun üzvləri internet vasitəsi ilə yaranmışdırlar.

“Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin. Allahdan qorxun. Həqiqətən, Allahın əzabı şiddətlidir!”

Qurani-Kərim, “Maidə” surəsi, 2-ci ayə

Digər xəbərlər

ARXİV

Dekabr 2024
M T W T F S S
« Feb    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031