Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Faydalı qidaları hansı şəkildə yemək daha xeyirlidir?

Mart 04
14:18 2015

Gün keçdikcə dünyada sağlam qidalanmağa çalışan insanların sayı artır. Artıq hər kəs hazır qidaların bir çox xəstəliyə səbəb olduğunu bilir və meyvə, tərəvəzlərə üstünlük verir. Ancaq sağlam qidalandığınızı zənn edərkən, çox böyük səhv etmiş ola bilərsiniz.

Çünki bəzi qidaların xüsusi istifadə qaydaları var. Əgər bu qaydalara əməl etməsəniz, həmin qidadan yararlanmağınız mümkün olmaz.

“Sələf Xəbər” Tabloid.az-a istinadən bir neçə faydalı qidanı necə yeməli olduğunuzu və bununla bağlı maraqlı məqamları təqdim edir:

Kökü doğramaq olmaz
Kökün faydalarından xəbərdar olmaq və onu yeməklərə əlavə etmək heç də sağlam qidalandığınızı göstərmir. Çünki böyük ehtimalla bu tərəvəzi doğradıqdan sonra istifadə edirsiniz. Halbuki araşdırmalar göstərib ki, kökün vitamin və minerallarının itkiyə getməməsi üçün onu bütöv halda bişirmək laızmdır.

Sarımsağı rəndələməyin
Sarımsaq da sağlamlıq üçün çox faydalı bir tərəvəzdir. Ancaq bir çoxları onu rəndələyərək yeməklərə əlavə edir. Belə etdiyiniz halda sarımsağın bütün faydalı xüsusiyyətləri itəcək.
Sarımsağı əzmək və 10 dəqiqə gözlədikdən sonra istifadə etmək lazımdır.

Çaya süd əlavə etmək olmaz
İngilislərdən nümunə götürüb çayınıza süd əlavə etməyi ağlınızın ucundan belə keçirtməyin.
Çünki çaya süd əlavə edildiyi halda onun tərkibindəki ürək xəstəliklərinə və digər problemlərə çarə olan maddələr öz təsirini itirir.
Yaşıl çay içməyiniz məsləhətdir. Bu çayın yararlı cəhətlərini daha da gücləndirmək istəyirsinizsə, içərisinə 2-3 damcı limon suyu əlavə edə bilərsiniz.

Kartofu qızartmayın
Kartof yeməyi xoşlayırsınızsa, onun bənövşəyi növünə üstünlük verin. Ancaq bütün hallarda bu tərəvəzi qızartmaqdan vaz keçin. Kartof təzyiqi nizamlayan və xərçənglə mübarizə aparan bir tərəvəzdir. Qızardıldığı halda isə xərçəngə şərait yaradır.

Salata yağ əlavə edin
Sağlam qidalanmaq və ideal kiloda qalmaq istəyənlərin ən sevimli qidası salatlardır. Çox vaxt daha az kalori ehtiva etməsi üçün salata yağ vurulmur. Ancaq araşdırmalar göstərib ki, salata mütləq yağ əlavə etmək lazımdır. Əgər salatınıza bir az zeytun yağı əlavə etsəniz, həm daha uzun müddət tox qalar, həm də həzm sisteminiz daha yaxşı işləyər. Bundan başqa, yağ bəzi tərəvəzlərin və yaşıl yarpaqlı bitkilərin tərkibindəki vitaminlərin təsirini gücləndirir. Bütün bunları nəzərə alaraq bundan sonra salatınızı yağsız yeməyin.

Alma və armudun yetişməsini gözləyin
Tam yetişmiş alma və armudun tərkibində klorofil maddəsi ona antioksidant xüsusiyyəti qazandırır.

Brokkolini buxarda bişirin
Brokkoli ən faydalı tərəvəzlərdən biridir. Sinə və dəri xərçənginə qarşı qoruyucu funksiya daşıyır.
2008-ci ildə aparılan araşdırmalar göstərib ki, brokkolini buxarda bişirdikdə onun tərkibindəki faydalı maddələrin miqdarı artır.
Həmçinin, bu tərəvəzi istiot və digər ədviyyatlarla birgə yemək tövsiyə edilir.

Xardalı süfrədən əksik etməyin
Xardal orqanizm üçün çox faydalıdır. Ən faydalı növü isə marketlərdə ucuz qiymətə satılan sarı rəngli xardaldır. Onun tərkibindəki kurkumin adlı maddə bir çox xərçəng növündən qorunmağınızı təmin edir.

Sələf Xəbər: Uca Allah buyurur: “(Ey İnsanlar!) Məgər Allahın göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları və buludları, meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və i. a.) nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü?” (Qurani-Kərim, “Loğman” surəsi, 20-ci ayə)

Digər xəbərlər

ARXİV

Noyabr 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
252627282930