Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Fillər mina axtarmaq üçün təlim keçirlər

Fevral 25
14:04 2015

Fillər itlərdən fərqli olaraq, qoxuları daha uzun müddət xatırlaya bilirlər.

Cənubi Afrika Respublikasında fillərə qoxuya görə partlayıcı maddələr axtarmağı öyrətməyə başlayıblar.

“Sələf Xəbər”in Trend-ə istinadən verdiyi məlumata əsasən, təlimləri ABŞ Silahlı Qüvvələrinin ekspertləri və heyvan təlimçiləri aparırlar.

Fillər itlərdən fərqli olaraq, qoxuları daha uzun müddət xatırlaya bilirlər. Mütəmadi silahlı münaqişələrin baş verdiyi Anqolada bu heyvanlar ərazilərdə minaları sərbəst təyin etməyi və onlardan yan keçə bilməyi öyrəniblər.

ABŞ ordusunun ekspertləri fillərin hərbi əməliyyatlar zamanı istifadə edilməyəcəyini deyirlər.

 Sələf Xəbər: Uca Allah buyurur: “Yer üzündə gəzən heyvanların və (göydə) uçan iki qanadlı quşların hamısı sizin kimi ümmətlərdir”. (Qurani-Kərim, “Ənam” surəsi, 38-ci ayə)

“Yerdə məskunlaşan və göydə uçan bütün canlı varlıqlar, ev heyvanları, vəhşi heyvanlar və quşlar cəm halındadırlar və insan cəmiyyətinə bənzərlər. Axı, Allah onları Öz qüdrəti və Öz yenilməz iradəsi sayəsində xəlq etmişdir və bu, həmçinin bütün bəşəriyyətə münasibətdə də qeyd-şərtsiz şamil və icra edilir”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər

ARXİV

Mart 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
25262728293031