Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Fransada HalalTest icad edildi

Oktyabr 24
18:55 2014

“Sələf Xəbər” İslamToday-a istinadən bildirir ki, Fransada bu günlərdə HalalTest təqdim olunub.

Yeni cihaz vasitəsilə istehlakçılar restoranlarda verilən və mağazalarda alınan hazır qida məhsullarında donuz ətinin və alkoqolun olub-olmadığını biləcəklər.

“İki xəttin əmələ gəlməsi məhsulun tərkibində donuz ətinin olduğunu göstərir”, cihazın ixtiraçılarından biri testin video-təqdimatında izah edir. Qiyməti 6,90 avro olan HalalTest iki müsəlman gənc tərəfindən CapitalBiotech şirkəti üçün hazırlanıb.

İxtiraçıların dediyinə görə, o, təkcə ərzaqda yox, həm də kosmetikada və ya dərmanda donuz məhsulunun izlərini müəyyən edə bilir. Şirkət, testin 99 faiz dəqiqliklə işlədiyini bildirib.

CapitalBiotech şirkəti bildirib ki, oktyabrın 22-də HalalTest təqdim edildikdən sonra 24 saat ərzində 10 min sifariş alıb. Cihaz yaxın vaxtlarda internetlə satışda olacaq, Qafqazinfo yazır.

“O sizə ölü heyvanı, qanı, donuz ətini və Allahdan başqası üçün kəsiləni haram etmişdir. Hər kəs (harama) meyl etmədən və həddi aşmadan (bunlardan yeməyə) məcbur olarsa, bu ona günah hesab edilməz. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir.”

Qurani Kərim, “Bəqərə” surəsi, 173-cü ayə

Digər xəbərlər

ARXİV

Noyabr 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
252627282930