Füsunkar hörümçək torları alimləri heyran qoyub – FOTO
1. 774 dəfə baxılıb
“Sələf Xəbər” Küveytin alanba.com.kw qəzetinə istinadən verdiyi xəbərdə hörümçək torlarının elmi araşdırmalar nəticəsində açılmış bəzi sirlərindən bəhs edir.
Hörümçək torları gözəl və qarmaqarışıq bir toxumalardır. Lakin çox qəribədir ki, bəzi hörümçək növləri vardır ki, sadə evlə razılaşmayaraq öz krallığına dizayn vermək üçün yeni üslublara əl atır. “əl-Bəyan” qəzetinin dediyinə görə, alimlər bəzi hörümçəklərin evlərinə dizayn vermək üçün gözəl bir sənət əsərlərinə əl atmalarının səbəbi barədə ixtilaf etmişdirlər. İlk dəfə olaraq bu evləri araşdıran zaman bəziləri bunun yalnız hər hörümçəyin öz zövqünə uyğun olaraq bəzəkdən başqa bir şey olmadığını demişdirlər.
Son olaraq bəzi araşdırmalar da göstərib ki, bu hörümçəklər evinin formasını gücləndirmək üçün əlavə saplar da düzəldir və bəziləri də ipək saplarına əlavə olaraq yumurtalıqlarının qalıqlarından belə istifadə edirlər. Evlərinə gözəl dizaynlar verməkdə məşhur olan hörümçəklər “argiope” fəsiləsindən olan “Andro papanın xaçı” adlı hörümçəklərdir. Həmin hörümçək rahatlıq vaxtında ayaqlarını uzadaraq Andro xaçına oxşadığına görə bu ad ona verilmişdir.
Bu növ hörümçəklərin torları son dərəcəli dəqiqliklə bəzənir və sanki 45 dərəcəlik künclüklə riyazi yolla hesablanmışdır. Bu yolla da həmin hörümçək öz düşmənlərini qorxudub uzaqlaşdırmaq üçün böyük torlar qurur. Dizaynlar hörümçəklərin həcminə görə dəyişməkdədir. Kiçik hörümçəklər isə özlərini qorumaq üçün dairəvi formalı tordan istifadə edirlər. Elmin irəliləməsi ilə bəzi alimlər yeni nəzəriyyələr irəli sürərək deyirlər ki, bu hörümçəklərin belə bir dizaynlar düzəltməsinin səbəbi öz ovlarını cəzb etmələri üçündür.
Ultrabənövşəyi şüalarla həşəratların cəzb edilərək elektriklə öldürüldükləri kimi eləcə də bu hörümçəklər də ultrabənövşəyi şüalar əks etdirən öz sapları ilə özlərini qanadları ilə uçaraq bilməyərəkdən ölümə sürükləyən həşəratları cəzb edirlər. Çox heyrətləndiricidir ki, həmin kiçik hörümçəklər insanların yenicə kəşf etdiyi bu silahdan milyon illərdir ki, istifadə edirlər. Bəzi alimlər də həmçinin qeyd edirlər ki, sözügedən hörümçəklər artım fəsillərində erkək hörümçəkləri cəzb etmək üçün öz torlarını bu gözəlliklə bəzəyirlər. Hörümçəklərin torlarını bəzəmələrinin səbəbi nə olsa da Allah Təalanın təbiətə bəxş etdiyi böyük bu sirlər yenə də bizi heyrətə gətirməkdədir.
“Allahdan başqasını özlərinə dost tutanların aqibəti özünə yuva qurmuş hörümçəyin məsəlinə bənzəyir. Yuvaların ən zəifi isə, əlbəttə ki, hörümçək yuvasıdır. Kaş ki, biləydilər!”
Qurani Kərim, “Ənkəbut” surəsi, 41-ci ayə