Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

“Galaxy S7” və “Galaxy S7 Edge” təqdim edildi

Fevral 22
16:59 2016

Smartfonlar “Android Marshmallow 6.0” ilə işləyəcəklər.

“Mobile World Congress” mobil texnologiyalar sərgisində “Samsung” flaqman smartfonlarının yeni nəslini “Galaxy S7” və “S7 Edge” təqdim edib.

“Sələf Xəbər” Oxu.Az-a istinadən xəbər verir ki, smartfonlar haqqında detallı məlumatı “The Verge” təqdim edib.

“Samsung Galaxy S7” xətti ümumilikdə əvvəlki nəsildə təqdim edilmiş dizayner ənənələrini davam edir. “Galaxy S7” smartfonu 5,1 düymlük QHD displeyi saxlayıb. “S7 Edge” isə 5,5 düymlük ekrana malikdir.

Smartfonlar “Android Marshmallow 6.0”, standart “TouchWiz” interfeysi ilə işləyəcəklər. Qurğunun operativ yaddaşı 4 Gb, əlavə olaraq 32 Gb mikroSD kartı da mövcuddur.

Regiondan asılı olaraq smartfonlar prosessor kimi “Snapdragon 820” və yaxud da “Exynos” alırlar.

Akkumlyatorların həcmi artırılıb, S7 3000 mAç, S7 Edge – 3600 mAç olub. Sürətli və naqilsiz enerji yığma imkanı mövcuddur.

Qurğunun əsas kameralarında meqopiksellərin sayı 16 Mp-dən 12 Mp-yə qədər azalıb, amma kameranın sensoru yaxşılaşdırılıb, indi o daha çox işıq əhatə edə bilir.

Smartfonlar, həmçinin “Always-On Display” funksiyasına malikdir, bu zaman smartfonun displeyi, hətta blok zamanı belə aktivdir.

Ekran bildirişləri, qəbul edilməyən zəngləri və vaxtı göstərəcək. Bundan başqa aparat standart IP68 sukeçirməzliyə malikdir. Bu xüsusiyyət qurğulara 1,5 metr dərinlikdə suyun altında yarım saat qalma imkanı verir.

Məlumata görə, “Galaxy S7” və “S7 Edge” ABŞ-da satışa mart ayının 11-də çıxarılacaq, ilkin sifarişlər fevralın 23-dən başlayacaq.

Sələf Xəbər: Uca Allah buyurur: “(Ey insanlar!) Məgər Allahın göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları və buludları, meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və i. a.) nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü?” (Qurani-Kərim, “Loğman” surəsi, 20-ci ayə)

Digər xəbərlər

ARXİV

İyun 2022
M T W T F S S
« Feb    
 12345
6789101112
13141516171819
20212223242526
27282930