Gmail-də göndərilən məktubları geri qaytarmaq xüsusiyyəti – YENİLİK
975 dəfə baxılıb
Bir çox insan elektron poçtdan istifadə edərkən “göndərmək” düyməsinə basdıqdan saniyələr sonra səhv yazını göndərdiyini və ya məktuba əlavələr etməyi unutduğunu fərq etmişdir. Google şirkətinin elektron poçt xidməti Gmail bu problemdən çıxış yolu tapıb. Belə ki, ancaq gmail istifadəçiləri üçün nəzərdə tutulmuş bu xidmət sayəsində göndərdiyiniz məktubu bir neçə saniyə içində geri qaytara bilərsiniz.
“Sələf Xəbər” BBC-yə istinadən Gmail-də göndərilən məktubları ünvana çatmamış geri qaytarılması üsulunu nəzərinizə çatdırır.
Bunun üçün Gmail ekranının yuxarı sağ küncündəki “Ayarlar” bölməsinə daxil olaraq, “Göndəriləni geri almağı aktivləşdirin” variantını aktiv hala gətirmək lazımdır. Bundan sonra göndərilən bir e-mail alıcının e-poçt ünvanına düşdükdən sonra belə silinə biləcək. Bu zaman “Göndərişin ləğv edilmə müddəti: 30 san” seçməyi də unutmayın.
Ancaq yenə də istifadəçilərin sürətli davranması lazımdır. Çünki Gmail geri alma əməliyyatı üçün ən çox 30 saniyə müddət tanıyır.
Gmailin yazıları geri alma xüsusiyyəti 2009-dan bu yana sınaq üçün istifadəyə açıq idi. Sinaqlarin müsbət nəticə verdiyini düşünən Google, göndərilən məktubları geri qaytarmaq xüsusiyyətini bütün istifadəçilərə açmağı qərarı aldı.