Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Google axtarış sistemində bilmədiyiniz 9 üsul

Sentyabr 28
17:08 2015

Google saytında lazım olan informasiyanı axtarıb tapmağı demək olar ki, bütün internet istifadəçiləri bilir. Lakin istifadəçilərin 96 faizi axtarışı asanlaşdıracaq müəyyən üsullar olduğunu bilmirlər.

“Sələf Xəbər” redaksiyası xarici mənbələrə istinadən Google-da axtarışı asanlaşdıran 9 qaydanı sizə təqdim edir.

1. Müəyyən bir saytda axtarış etmək
Axtarışlarınızı istəsəniz sadəcə bir internet saytı içərisində də edə bilərsiniz. Bunun üçün “site” əməliyyatından istifadə edə bilərsiniz. Bu zaman “site” sözündən sonra iki nöqtə qoymağı unutmayın.
Məsələn, “axtarılan söz site:internet saytı”
sələfilik site: selefxeber

2.Dəqiq söz və ya söz birləşməsini axtarmaq
Dırnaq işarəsi (” “) istifadə etdiyiniz zaman Google dırnaq işarələrinin arasındakı məhz bu söz və ya söz birləşməsini axtarır.
Məsələn, “mən sizə yazıram”

3.Sitatda unutduğunuz sözü axtarmaq
Bütün sitatı dırnaq işarəsi (” “) içərisində yazaraq unutduğunuz sözün yerinə isə ulduz (*) işarəsi yazın.
Məsələn, “sizin ən xeyirli * o kəslərdir ki”

4.Bir neçə sözdən hər hansı birini axtarmaq
Sadəcə axtardığınız sözlərin bütün siyahısını şaquli cizği ilə ardıcıl yazın. Google bu sözlərin istifadə olunduğu bütün sənədləri tapacaq.
Məsələn, kirayə | ev | bağ

5.Eyni cümlədəki sözü axtarmaq
Sözləri ampersant işarəsi – & ilə birlikdə yazaraq eyni cümlədə işlənmiş sözləri tapa bilərsiniz.
Məsələn, bakı metro & nərimanov

6. Müəyyən bir söz olan sənədi axtarmaq
Lazım olan sözün qarşısında müsbət (+)işarəsi qoyulduqda isə o sözün axtarışınızda əhəmiyyətli olduğunu bildirmiş olacaqsınız.
Məsələn, + praktika

7. İstisna ilə axtarış etmək
Axtarış zamanı bir sözün qarşısında qoyulan mənfi işarəsi (-) axtarış nəticələrindən o sözü çıxarır.
Məsələn, səyahətə getmək -gəmi

8. Müəyyən bir sənəd növünü axtarmaq
Bunun üçün mime əməliyyatından istifadə edilir.
Məsələn, ingilis dili mime:pdf

9. Müəyyən dildə olan saytlarda axtarış
“Lang” operatorundan sonra iki nöqtə qoyularaq sənədlərin axtarışı üçün lazım olan dil rus dili – ru, ingilis – en, fransız – fr, belarusiya dili – be və s. kimi göstərilir.
Məsələn, super lang:az

Digər xəbərlər

ARXİV

Mart 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
25262728293031