Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

“Google”-dan yenilik gəlir

Aprel 21
16:32 2015

Bu gündən etibarən “Google” mobil cihaz və planşetlərdə axtarış sistemində inqilabi dəyişikliyi işə salacaq.

“Sələf Xəbər” Yenicag.az-a istinadən xəbər verir ki, bu yenilik “Google”da saytların axtarış zamanı sıralanmasına əhəmiyyətli dərəcədə təsir edəcək. “Business İnsider”in yazdığına görə, bundan sonra belə mobil cihaz və planşetlərə uyğunlaşan saytlar axtarış zamanı ilk sıralarda görünəcək. Burada əsas meyarlar mətnlərin iri hərflərlə yazılması, linklərin asanlıqla vurulması, saytların cihazın ölçülərinə avtomatik olaraq uyğunlaşması olacaq. Mobil cihazlara uyğunlaşmayan saytlar isə sonda göstəriləcək.

Nəzərə alsaq ki, müasir dövrdə internet trafikin 60 faizi mobil qurğuların payına düşür, buna görə “Google” daha çox istifadəçinin internetdən istifadəsini asanlaşdırmağa çalışır.

Qeyd edək ki, şirkət yenilik haqqında hələ bu ilin fevral ayında məlumat vermişdi. Bununla da saytların bu dəyişikliyə uyğunlaşması üçün 2 ay vaxtları var idi. Bununla belə, şəbəkədə qlobal yerdəyişmənin olması gözlənilir.

“Google” axtarış sistemindəki bu dəyişikliyi hətta “mobiloggedon” adlandıranlar da var. Çünki bu dəyişikliyin nəticələri bir çox saytlar üçün faciəvi ola bilər. Xüsusilə, ilk olaraq kiçik biznes sahibləri öz saytlarında ziyarətçilərin sayının kəskin azalacağını hiss edəcəklər. Lakin onlarla bərabər bir çox iri internet-layihələr də zərər çəkəcəklər.

Sələf Xəbər: Uca Allah buyurur: “(Ey İnsanlar!) Məgər Allahın göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları və buludları, meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və i. a.) nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü?” (Qurani-Kərim, “Loğman” surəsi, 20-ci ayə)

Digər xəbərlər

ARXİV

Mart 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
25262728293031