“Google” İŞİD-ə zərbə vurdu
Fevral 06
17:34
2015
1. 092 dəfə baxılıb
“Google” şirkəti İŞİD terror xəvaric qruplaşmasının təşviqat materiallarının tabeliyindəki saytlardan yayılmasına imkan verməyəcək.
“Sələf Xəbər”in Trend-ə istinadən verdiyi məlumata görə, bundan sonra İŞİD terror xəvaric qruplaşmasının qorxunc edam videoları “Youtube” videoservisində yer almayacaq.
Bu məqsədlə şirkət Ərəb dilini bilən yeni əməkdaşları da cəlb edib.
Qeyd edək ki, “Youtube” səlahiyyətliləri saytın istifadəçilərinin paylaşdıqları videoları daha əvvəl nəzarətdən keçirmirlər. Uyğun olmayan videolar isə saytın istifadəçiləri tərəfindən gələn şikayətlər əsasında araşdırılaraq aradan qaldırılır.