Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

“Google” qaçqınlara yardım etmək üçün yeni sayt istifadəyə verib

Oktyabr 24
15:29 2015

Müharibələr və daxili çəkişmələr səbəbi ilə Suriyadan və digər ölkələrdən qaçaraq Avropaya getmək istəyən yüz minlərlə mühacir həyatlarını riskə atır.

“Sələf Xəbər”in xarici mənbələrə istinadən verdiyi məlumata görə “Google” şirkəti mühacirlərin müasir texnologiyanın imkanlarından istifadə edərək təhlükəsiz və daha rahat şəkildə hərəkət etmələri üçün yeni sayt istifadəyə verib.

Sayt məlumat xarakterlidir və beş dildə fəaliyyət göstərir. İstifadəçilər istənilən mobil cihaz vasitəsi ilə sayta (http://refugeeinfo.eu/lesbos) daxil ola və müvafiq məlumatları: qeydiyyat məntəqələri, düşərgələr, tibb məntəqələri, valyuta dəyişmə məntəqələri, fövqəladə hallar üzrə xidmət nömrələri və digər məlumatları əldə edə bilərlər.

“Google”nin bu xidməti təkmilləşdirilməkdədir və ilkin mərhələdə Yunanınstanın Lisbos adasında tam tətbiq edilir. Yaxın gələcəkdə əksər məntəqələrdə istifadəyə veriləcəkdir.

Sələf Xəbər: Uca Allah buyurur: “Zərrə qədər yaxşılıq edən (əvəzini) alacaqdır”. (Qurani-Kərim, “Zəlzələ” surəsi, 7-ci ayə)

Digər xəbərlər

ARXİV

Aprel 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930