Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

“Google” şirkətinin rəhbəri: İnternet yox olacaq

Yanvar 23
16:17 2015

“Google” şirkətinin rəhbəri və dünyanın ən zəngin sahibkarlarından biri olan Erik Şmidt hesab edir ki, özünün müasir formasında internetin sayılı günləri qalıb.

“Sələf Xəbər” Trend-ə istinadən xəbər verir ki, o, bu fikrini İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumundakı diskussiyaların birində bildirib.

E.Şmidt qlobal elektron şəbəkəni hansı gələcək gözlədiyi barədə sualı cavablandırarkən deyib: “Mən çox sadə cavab verəcəyəm: internet yox olacaq. O qədər çox IP ünvanlar, çoxlu sayda qurğular, üzərinizə geyinəcəyiniz ötürücülər, qarşılıqlı fəaliyyətdə olacağınız əşyalar olacaq ki, siz, hətta, onların varlığını hiss etməyəcəksiniz. Bu sizin həyatınızın daimi hissəsi olacaq”.

Şmidt qeyd edib: “Siz belə çoxlu sayda güclü texniki platformaların meydana çıxdığını müşahidə edirdiniz, smartfonlar üçün mobil əlavələrin yaranmasına görə hökmranlığın, daha doğrusu, liderliyin, necə istəyirsiniz adlandırın, sırasının necə dəyişdiyini görürsünüz. İndi belə əlavələrin infrastrukturunun necə görünəcəyi barədə qabaqcadan proqnoz vermək qətiyyən mümkün deyil, çünki faktiki olaraq super kompyuterlərə çevriləcək smartfonların gücünü artıran oyunçuların bütöv yeni koqortası irəliləyir”.

“Google”-un rəhbəri hazırkı anda bu bazara tamamilə açıq bazar kimi baxdığını əlavə edib.

Həmin diskussiyada Şmidt digər mövzulara da toxunub və KXDR-ə bu yaxınlardakı səfərini də xatırladıb. Onun sözlərinə görə, orada internetə çıxışlar yetərincədir, lakin rouminq yoxdur və şəbəkədən istifadəyə ciddi nəzarət edilir.

 Sələf Xəbər: Uca Allah buyurur: “(Ey İnsanlar!) Məgər Allahın göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları və buludları, meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və i. a.) nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü?” (Qurani-Kərim, “Loğman” surəsi, 20-ci ayə)

Digər xəbərlər

ARXİV

Mart 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
25262728293031