Google sürücüsüz çalışan avtomobilə imza atdı
841 dəfə baxılıb
Google həqiqi mənada çalışan ilk sürücüsüz avtomobil prototipini dünyayla paylaşdı.
“Sələf Xəbər”-in t24.com.tr-yə istinadən verdiyi xəbərə görə, texnologiya nəhəngi Google, sürücüsüz avtomobilinin yeni versiyasının təqdimatını keçirtdi.
Şirkət ötən may ayında da bənzər görünüşə sahib bir avtomobilini nümayiş etdirmişdi. Şirkətdən söylədiklərinə görə, o avtomobil yalnız ilkin mərhələ üçün hazırlanmışdı və onun, hətta, faraları belə yox idi.
Google 7 ay idi ki, orijinal layihəsinin fərqli prototiplərini inkişaf etdirərək kompyuter, sensor, sükan və əyləc kimi mexanizmləri test edirdi. Sonunda şirkət öz-özünə sürücülük edə bilən bir prototipə imza atmış oldu.
“Sürücüsüz avtomobil” layihəsində məsul qrupun Google Plusda paylaşdığı yazıdan məlum olub ki, maraqlananlar yaxın zamanda bu avtomobillərin hərəkətini ilk dəfə Şimali Kaliforniya prospektlərində görə biləcəklər.
“(Ey İnsanlar!) Məgər Allahın göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları və buludları, meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və i. a.) nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü?”
Qurani-Kərim, “Loğman” surəsi, 20-ci ayə