Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

“Google” ucuz smartfon istehsal edəcək

Sentyabr 03
13:19 2014

“ICTnews” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, “Google” şirkəti 15 sentyabrda Hindistanda “Android One” təşəbbüsünə dair tədbir keçirəcək. Bu təşəbbüs çərçivəsində inkişaf etməkdə olan bazarlar üçün yüksəkkeyfiyyətli və ucuz smartfonların buraxılması planlaşdırılır.

Mayda “Google I/O” konfransında çıxış etmiş internet şirkətinin vitse-prezidenti Sundar Piçay, “Android One” təşəbbüsünü qısaca təsvir etmişdi. O deyib ki, bu istehsal xəttinə məxsus məhsulların qiyməti 100 dolları ötməyəcək.

“Android One” seriyasına məxsus birinci smartfon Hindistanda çıxarılacaq. Aparat 4,5 düymlük ekran, FM-radio, iki SİM kart dəstəyi və “microSD” yaddaş kartı ilə təchiz ediləcək. Qurğu payızda buraxılacaq.

Digər xəbərlər

ARXİV

Noyabr 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
252627282930