Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

“Google” yeməyin kalorisini ölçəcək

İyun 09
17:10 2015

“Google”ın yeni tətbiqi sayəsində yeyilən yeməyin kalorisi təqib ediləcək.

“Sələf Xəbər” Türkiyə mətbuatına istinadən bildirir ki, texnologiya nəhəngi “Google”, üzərində çalışdığı bir təcrübə nəticəsində foto vasitəsiylə yeməklərin kalorilərini müəyyən edəcək.

“Im2calories” adlı layihə çərçivəsində inkişaf etdirilən tətbiq sosial media istifadəçilərinin bölüşdükləri yemək fotoşəkillərini “piksel” araşdıracaq və təxmini bir kalori miqdarı müəyyən ediləcək.

Ötən həftə ABŞ-ın Boston şəhərində keçirilən bir sərgidə yeni tətbiq haqqında bilgi verən “Google” əməkdaşı Kevin Mörfi deyib ki, görüntü keyfiyyəti aşağı fotolarda da bunu tətbiq etmək mümkün olacaq. O, bu yeniliyin milyonlarla istifadəçinin həyatını asanlaşdıracağını vurğulayıb.

Kevin Mörfi tətbiqin rəsmi çıxışı tarixi haqqında isə hələlik məlumat verməyib.

Sələf Xəbər: Uca Allah buyurur: “Ey Adəm oğulları! Məscidlərə (gedərkən) gözəl geyimlərinizi geyin. Yeyin-için, lakin israf etməyin. Şübhəsiz ki, (Allah) israf edənləri sevmir”. (Qurani-Kərim, “Əraf” surəsi, 31-ci ayə)
“Uca Allah insanlara Onun məxluqlarını təmin etdiyi halal və təmiz nemətlərdən yeyib-içməyi əmr edir. Lakin bu zaman həddi aşaraq, orqanizmə zərər verə bilən çoxlu ərzaq sərf etmək və ya çox bahalı və zərif yeməli şeylər, içkilər və paltar almaq və yaxud haram məhsullardan yemək olmaz. Allah israfçı adamları sevmir, çünki israfçılıq Onun qəzəbinə səbəb olur və orqanizmə və insanın rifahına ziyan vurur və bəzi hallarda isə insanı vacib sədəqə vermək imkanından məhrum edir”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər

ARXİV

Noyabr 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
252627282930