Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Görmə əngəlli insanlara məscidə getmək üçün elektron xidmət göstəriləcək

İyun 20
17:12 2016

Səudiyyə Ərəbistanın Bureydə şəhəri üzrə görmə əngəlli insanlara xidmət göstərən xeyriyyə təşkilatı görmə əngəlli insanların məscidə müstəqil şəkildə getməsi üçün yeni elektron layihə təqdim edib.

Təşkilatın rəhbəri Xalid əl-Muşetqih bildirib ki, xidmət görmə əngəlli insanların məhəllə məscidinə rahat şəkildə getməsini təmin edəcək. Görmə əngəlli insanın evindən məscidə qədər olan məsafəyə üzərində xüsusi detektorlar olan zolaq çəkiləcək, zolaqdan kənara çıxdıqda xüsusi cihaz xəbərdarlıq siqnalı verəcəkdir.

Layihə ilkin təcrübə üçün səkkiz məsciddə tətbiq ediləcəkdir. Görmə əngəlli insanların qeydiyyata alınmasından sonra onlar da bu layihədən bəhrələnəcəklər. Layihə uğurlu olarsa gələcəkdə Bureydə şəhərini təmamilə əhatə edəcəkdir.

Sələf Xəbər: Uca Allah buyurur: “Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin. Allahdan qorxun. Həqiqətən, Allahın əzabı şiddətlidir!”(Müqəddəs Quran, “Maidə” surəsi, 2-ci ayə)

Görmə əngəlli insanlara məscidə getmək üçün elektron xidmət göstəriləcək - overview
Səudiyyə Ərəbistanın Bureydə şəhəri üzrə görmə əngəlli insanlara xidmət göstərən xeyriyyə təşkilatı görmə əngəlli insanların məscidə müstəqil şəkildə getməsi üçün yeni elektron layihə təqdim edib.
0 Very Poor

Digər xəbərlər

ARXİV

Aprel 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930