Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Gözdən əlillər üçün “ağıllı” papaq

Fevral 08
18:27 2016

Almaniyanın Texnologiya İnstitutunun alimi Florian Braun görmə qabiliyyətini itirmiş insanlar üçün “Proximity Hat” adlanan baş geyimi yaradıb.

“Sələf Xəbər”in İKT.lent.az-a istinadən xəbərinə görə, bu yeniliyin sayəsində insanlar toxunma təsiri ilə lazımi istiqamətə doğru hərəkət edə biləcəklər.

Almaniyalı alim F.Braun korlar üçün yaratdığı ixtirasının üzərində bir neçə il çalışıb. “Proximity Hat” adlanan cihaz sonda olduqca böyük alınıb. Belə ki, cihazda insanın istiqamət alacağı maneə və məntəqəyə qədər olan məsafəni hər saniyə 50 dəfəyə yaxın ölçən ultrasəs modulları quraşdırılıb. Bununla belə, onun uzaqlığı bir neçə addımlıq hesablanıb.

Cihazın tərkibindəki sensor aparılan ölçülərin hesabına maneə aşkar olunduqda, başın həmin hissədə müəyyən tərəfinə bir balaca təzyiq edir. Beləliklə, əgər insan həmin obyektin yaxınlığındadırsa, həmin istiqamətdə yolunu davam etdirir və həmin hissədən başa olan təzyiq artaraq intensivləşir. Yəni bu cihaz onun daşıyıcısını ikinci gözlə təmin etmir, ona ancaq lazımi istiqaməti göstərir.

Alimlər isə artıq qeyd edib ki, bu baş geyimi olduqca rahatdır və insanın digər eşitmə və qoxu, iybilmə kimi hisslərinə təsiri yoxdur. Belə halda insanın əlləri tamamilə azad ola bilir. Bu isə o deməkdir ki, cihaz yalnız gözdən əlillər üçün deyil, həmçinin binanın tüstüləməsi və ya axtarış-xilasetmə işləri zamanı xilasedicilər və yanğın söndürənlər üçün də faydalı ola bilər.

Sələf Xəbər: Uca Allah buyurur: “(Ey insanlar!) Məgər Allahın göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları və buludları, meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və i. a.) nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü?” (Qurani- Kərim, “Loğman” surəsi, 20-ci ayə)

Digər xəbərlər

ARXİV

Mart 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
25262728293031