Gözdən əlillər üçün inanılmaz proqram
1. 751 dəfə baxılıb
Ağıllı telefonlarda istifadə edilən “Be My Eyes” yəni “Gözlərim Ol” tətbiqini istifadə edənlərin sayı da getdikcə artır. Demək olar ki, hər kəsin cibində olan ağıllı telefonlarda inkişaf etdirilən tətbiq sayəsində gözdən əlil vətəndaşların işi xeyli asanlaşır.
“Sələf Xəbər” Dunyamedia.az-a istinadən xəbərinə görə, yeni proqram demək olar ki, görə bilməyən bir insanın gözləri olur. Görmə maneəli insanlara İOS işlətməli telefonlar üzərindən kömək edilməsi məqsədilə “Be My Eyes” adlı yeni proqram bazara çıxarılıb. “Be My Eyes” video çıxış sayəsində qarşınızdakı insana-gözdən əlilə görmə imkanını verir. Sistemdə “gözdən əliləm” sözləriylə qeydiyyatdan keçdikdən sonra gələn zənglərə cavab verə bilir və ya zəng etmək mümkün olur.
Bildiriş gəldiyində görmə maneəli şəxslə aranızda kamera vasitəsilə canlı əlaqə meydana gəlir. Görmə maneəli fərd, kömək istədiyi mövzunu sizə göstərir, siz də kömək edirsiniz. Əgər uyğun deyilsinizsə, çağırışı rədd etmək imkanınız olur. Tətbiq, çağırışı minlərlə adama göndərir.
Sələf Xəbər: Uca Allah buyurur: “Sizin üçün qulaq, göz və ürəklər yaradan Odur. Siz çox az şükür edirsiniz”. (Qurani-Kərim, “Muminun” surəsi, 78-ci ayə)
“Uca Allah qullarına onlara əta etdiyi nemətləri haqqında xəbər verərək, onların insanları Allaha minnətdarlıq etməyə və Onun qarşısında vəzifələrini qüsursuz yerinə yetirməyə həvəs oyatdığını bildirir. Allah insanlara eşitmə qabiliyyəti vermişdir ki, onlar səsləri eşidib, bundan öz dini və dünyəvi həyatı üçün fayda əldə etsinlər. O, insanlara, həmçinin görmə qabiliyyəti əta etmişdir ki, onlar ətraf aləmi görə bilsinlər və bunu öz mənafeləri üçün istifadə edə bilsinlər. O, insanları, həmçinin ürək və ağılla təchiz etmişdir ki, onların sayəsində insan ətrafında gedən prosesləri dərk edir. Sizin təşəkkürünüz Allahın sizə fasiləsiz olaraq əta etdiyi bol-bol nemətlərlə müqayisədə necə də azdır!” (Bax: “Təfsir Əs-Saadi”)