Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Günəş enerjisi ilə işləyən təyyarə Əbu-Dabidən havaya qalxdı – VİDEO + 3D

Mart 10
15:24 2015

“Solar Impulse-2″ uçan aparatı dünya turuna başladı.

Sadəcə günəş enerjisi ilə işləyən təyyarə dünya ətrafında səyahətə başladı. Gecə saatlarında belə Günəş batareyaları ilə qidalanan “Solar Impulse-2″ adlı təyyarə dünya rekordu qeydə almaq üçün Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidən havaya qalxıb dünyanın ətrafına dolaşacaq uçuşuna başladı . Aylar sürəcək uçuşun ilk duracağı yer Omanın paytaxtı Muskas olacaq .

Təyyarə daha sonra Hindistan, Çin, Miamar, Amerika, Şimali Afrika və Cənubi Avropaya baş vuracaq.

“Sələf Xəbər” Anadolu Agentliyinə istinadən bildirir ki, təyyarə gündüz əldə etdiyi günəş enerjisini bateriyalarda saxlamaqla gecələr də uça biləcək.

Təyyarənin qanadının uzunluğu 72 metrdir. “Solar Impulse-2″nin ağırlığı isə cəmi 2,3 ton təşkil edir.

“Solar Impulse-2″ Günəş təyyarəsindən əvvəl istifadəyə verilən “Solar Impulse-1″ aparatı 2013-cü ildə Şimali Amerika qitəsi üzərindən uçuş da daxil olmaqla, bir sıra dünya rekordlarına imza atmışdı. Lakin Yer kürəsi ətrafında dünya səyahəti üçün bu təyyarə münasib olmadığından, daha böyük ölçülü “Solar Impulse-2″ adlı Günəş təyyarəsi inşa edilmişdi.

🎬
🌎

Sələf Xəbər: Uca Allah buyurur: “Yeddi göyü təbəqələr şəklində quran Odur. Sən Mərhəmətli (Allahın) yaratdığında qətiyyən bir uyuşmazlıq tapmazsan. Bir başını qaldırıb (göyə )diqqət yetir, heç onda bir çat görürsənmi? Sonra göz gəzdirib təkrar bax. Göz zəlil və yorğun halda özünə tərəf dönəcəkdir”. (Qurani-Kərim, “Mülk” surəsi, 3-4-cü ayələr)

Digər xəbərlər

ARXİV

Oktyabr 2020
M T W T F S S
« Feb    
 1234
567891011
12131415161718
19202122232425
262728293031