Günəş sisteminin ən ucqar yeni obyekti aşkar edilib
Noyabr 12
16:39
2015
724 dəfə baxılıb
Onun diametri 500-1000 kilometrdir.
“Sələf Xəbər” Ölkə.Az-a istinadən xəbər verir ki, astronomlar Günəş sisteminin ən ucqar nöqtəsində yerləşən obyekti aşkar ediblər.
Bu obyekt Günəşdən olan məsafəsinə görə Plutondan 3 qat uzaqdır. Bu cırtdan planetin adı “V774104”dir. Onun diametri 500-1000 kilometrdir.
Kəşfin müəllifi Skott Şepard qeyd edib ki, yeni obyekt barədə daha geniş məlumata sahib olacaqlar.
Sələf Xəbər: Uca Allah buyurur: “Doğrudan da, Rəbbiniz göyləri və yeri altı gündə yaradan, sonra da Ərşə ucalan Allahdır. O, gündüzü sürətlə təqib edən gecə ilə örtüb bürüyür. Günəşi, ayı və ulduzları Öz əmrinə tabe edən də Odur. Əslində, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi Allah nə qədər xeyirxahdır”. (Qurani-Kərim, “Əraf” surəsi, 54-cü ayə)