Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Hansı orqanlar daha tez qocalır?

Mart 18
17:52 2015

Qocalmaq, qarşısı alınması mümkün olmayan hadisədir. Ancaq vacib olan sağlam şəkildə və vaxtı gəlincə qocalmaqdır. Nədənsə, bəzi insanlar yaş baxımından gənc olsalar da, ruhən tez yaşlanır, bəziləri isə tam əksinə, qoca olsalar da, özlərini ruhən gənc kimi hiss edirlər.

İllər ötdükcə beyin və ürək başda olmaqla orqanlarımızda dəyişikliklər baş verməyə başlayır. Sağlam qidalanmaq, stressdən uzaq durmaq, müntəzəm idman etmək, spirtli içki, siqaretdən uzaqlaşmaq qocalmağı gecikdirir.
“Sələf Xəbər” Milli.az-a istinadən qocaldıqca bədənimizdə yaşanan dəyişiklikləri təqdim edir:

30 yaşından sonra beyin hüceyrələri ölməyə başlayır. Beyin toxumasında kiçilmə baş verir. 50 yaşına kimi davam edən bu proses zamanı beyin ağırlığı hər 10 ildən bir yüzdə 2 nisbətində azalır. Yeni məlumatlar öyrənmək çətinləşir, köhnə xatirələrsə beyində yerini daha da möhkəmləndirir.
Beyin yaşlanmasını gecikdirmək üçün həftədə iki dəfə balıq yeyin. Spirtli içkidən, siqaretdən uzaq durun, krasvord həll edin.

40 yaşından etibarən ürəyimiz də yaşlanır. Ürək böyüyür və dəqiqə boyunca topladığı qan miqdarında azalma olur. Səthi damarlar da görünməyə başlayır. Ürək sağlamlığını qorumaq üçün siqareti mütləq tərgidin. Yağ qəbulunu azaldın. Potasiumla zəngin banan, ərik, kartof kimi qidalarla qidalanın. İdman edin. Bol miqdarda sarımsaq da yeyə bilərsiniz.

40 yaşından sonra göz mərcəyinin sərtliyi artır. Yaxın uzaqlaşır. 50 sm-dən yaxını görmək çətinləşir.
Normal göz 40 yaşında +1, 50 yaşında +2 , 60 yaşında +3 nömrəli yaxın görmə üçün eynəyə ehtiyac duyur. Unutmayın, dünyada görüləcək çox şeylər var! Buna görə eynək taxmaqdan imtina etməyin. C və E vitaminləri, sink qəbulunu artırın. Tez-tez göz müayinəsinə gedin.

30 yaşından etibarən qocalıqla əlaqələndirilən eşitmə itkisi yaşanır. Qulağa gedən qanı daşıyan damarlar vəzifəsini tam olaraq yerinə yetirmir. Eşitmə siniri də qocalır. Xarici qulaq kanalındakı mayenin artması qulaq kirinin çoxalmasına səbəb olur.

Sümüklər bədənin əhəmiyyətli orqanı olsa da, menopauzadan sonra qadınlarda D vitamini azalır. Nəticədə sümük əriməsi yaşanır. Bunun üçün günəş şüalarından faydalanın.
Ancaq saat 11:00 -16:00 arası günəş şüalarına məruz qalmamağa çalışın.

Sələf Xəbər: Uca Allah buyurur: “Sizi zəif bir şeydən (nütfədən) yaradan, zəiflikdən sonra sizə qüvvət verən, qüvvətli olduqdan sonra zəiflik və qocalıq verən Allahdır. O, istədiyini yaradır. O, Biləndir, Qadirdir”. (Qurani-Kərim, “Rum” surəsi, 54-cü ayə)
“Uca Allah Özünün kamil elmindən, hüdudsuz hakimiyyətindən və qüsursuz müdrikliyindən xəbər verir. O (Pak və Müqəddəs Olan), insanı tam gücsüz – zəif yaratmışdır və bu onun ilk inkişaf mərhələsinə aiddir. Hər bir insan öncə kiçicik bir damla idi ki, sonra zəliyəbənzər bir qan laxtasına çevrilmişdir. Sonra bu laxta kiçik bir çeynənmiş ət parçasına dönmüşdür. Nəhayət, rüşeym ana bətnində canlı döl olur. Sonra isə insan dünyaya gəlir və həyatının ilk aylarında tamamilə köməksiz qalır. O, fiziki gücdən və bir çox digər bacarıqlardan məhrumdur, lakin Allah-Təala tədricən ona güc əta edir və ona müxtəlif qabiliyyətlər verir. İllər keçdikcə, insan gəncləşir, qüvvətlənir, boy-buxunlu olur və gözə çarpan imkanlar əldə edir. Lakin illər ötür və o ahıllaşır və onda onun bədəni zəifləyir, başı isə ağarır”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər

ARXİV

Mart 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
25262728293031