Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Hansı yaşda, nə qədər yuxuya ehtiyacımız var?

Fevral 17
19:30 2015

ABŞ Milli Yuxu Fondu, yaş qruplarına görə ideal yuxu müddətlərini müəyyən edib.

Amerika tədqiqatçıları yuxu tələbatının müəyyənləşdirilməsində fərdi həyat tərzlərinin əhəmiyyətə malik olduğunu söyləyir və yaş qruplarına görə ümumi tövsiyələr verir.

“Sələf Xəbər” t24.com.tr-yə istinadən yaşlara görə ideal yuxu müddətlərini təqdim edir:

Yeni doğulanlar (0-3 ay): Yeni doğulan bir körpənin hər gün 14-17 saat yatması İdeal hesab edilir. Amma 11-13 saat arası da yetərli ola bilər. Yeni dünyaya gələnlərin 19 saatdan çox yatması isə normallıqdan xəbər vermir.

Körpələr (4-11 ay): Tövsiyə edilən müddət 12-15 saat arasıdır. Ən az 10 saat yuxu da yetərli ola bilər.

Yeriməyə təzə başlayan uşaqlar (1-2 yaş): Bu yaş qrupunda olan uşaqların 11-14 saat yatmaları vacıbdir.

Məktəbəqədər dövr (3-5 yaş): Mütəxəssislər bu qrup üçün 10-13 saat təklif edir. 8 saatdan az, 14 saatdan çox yuxu isə bu yaşa uyğun görülmür.

Məktəb dövrü (6-13 yaş): Yuxu fondu, 9-11 saat arası yuxu tövsiyə edir. Bu yaş həddinə 7 saatdan az və ya 12 saatdan çox yuxu isə sağlamlıq hesab edilmir.

Yetkinlik dövrü (14-17 yaş): Yuxu müddəti 8-10 saat arası. Yuxu Fondu, 11 saatdan çox və 7 saatdan az olmaması lazım gərəkdiyi fikrindədir.

Gənclər (18-25 yaş): Bu yaş qrupuna 7-9 saat yuxu tövsiyə edilir və yuxu müddətinin 6 saatdan az, 11 saatdan çox olmaması lazım olduğu bildirilir.

Böyüklər (24-64 yaş): Bu yaş qrupuna gənclərlə eyni yuxu müddəti tövsiyə edilir.

Ahıl yaş qrupu (65 yaş və üstü): Bu yaşa sağlam görülən yuxu müddəti gündə 7-8 saatdır, lakin bu müddətin 5 saatdan az olmaması və 9 saat ərzindən də keçməməsi tövsiyə edilir.

Yuxu keyfiyyətini artırmaq üçün nə etmək olar?

BBC yer alan xəbərə görə, mütəxəssislər, yuxu keyfiyyətinin inkişaf etdirilməsi üçün də bəzi tövsiyələr verir:

Həftə sonları da daxil yuxu rejiminizə bağlı qalın;

Hər gün məşq edin;

Yataq otağında ideal otaq temperaturunu, səs səviyyəsini və işıq miqdarını qoruyun;

Kofein tərkibli yuxu qaçırıcılardan çəkinin;

Yatağa getməzdən əvvəl elektron alətləri söndürün.

 Sələf Xəbər: Uca Allah buyurur: “Sizin üçün gecəni örtük, yuxunu rahatlıq, gündüzü də canlanma vaxtı edən Odur”. (Qurani-Kərim, “Furqan”, 47-ci ayə)

“Uca Allah Öz xeyirxahlığı və mərhəməti sayəsində gecəni sizin üçün örtü etmişdir. Gecə qaranlığı sizi hər tərəfdən əhatə edir və sizə təhlükəsiz bir yerdə sığınmağa və rahat yuxuya dalmağa imkan verir. Siz yuxuya gedir və gündüzün vurnuxmalarından qurtarıb istirahət edirsiniz və əgər Allah gecəni yaratmasaydı, onda siz tam rahatlıq əldə edə bilməzdiniz. Fasiləsiz çalışmağınızın sizə çoxlu zərər vurmasına baxmayaraq, siz işləməkdə davam edərdiniz. Həm də, əgər gecə həmişəlik davam etsəydi, onda siz dünyəvi və Axirət həyatınız naminə mükəmməl işləyə bilməzdiniz və buna görə də Allah-Təala sizin üçün gündüzü yaratmışdır. Günün gündüz çağında siz canlanırsınız və yer üzünə yayılaraq Allahın nemətlərini axtarırsınız. Sizdən kimisi ticarətlə məşğul olur, kimisi də uzaq ölkələrə səfərə çıxır, digərləri – müxtəlif peşələrlə və işlərlə məşğul olurlar ki, öz ehtiyaclarını və tələbatlarını ödəyə bilsinlər”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər

ARXİV

Noyabr 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
252627282930