Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Hava şəraitinin kəskin dəyişməsi gözlənilir

Dekabr 30
15:06 2015

Hava şəraitinin (Allahın izni ilə) kəskin dəyişəcəyi barədə xəbərdarlıq edildi.

“Sələf Xəbər” Trend-ə istinadən bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 30-u axşamdan başlayaraq hava şəraitinin kəskin dəyişəcəyi, arabir yağıntılı olacağı, dekabrın 31-dən bəzi yerlərdə sulu qara, qara keçəcəyi gözlənilir.

Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək. Qeyri-sabit hava şəraiti yanvarın 3-dək davam edəcək.

Azərbaycanın rayonlarında dekabrın 30-da günün ikinci yarısında şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin kəskin dəyişəcəyi, fasilələrlə yağış, sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir.

Temperatur ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək. Ayrı-ayrı yerlərdə güclü qərb küləyi əsəcək.

Əsasən dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq. Qeyri-sabit hava şəraiti yanvarın 04-dək davam edəcək.

Sələf Xəbər: Uca Allah buyurur: “Göydən sizin üzərinizə yağmur endirmişdi ki, onunla sizi təmizləsin”. (Qurani-Kərim, “Ənfal” surəsi, 11-ci ayə)
İmam ibn Qudama (Alla ona rəhm etsin) demişdir: “Ərimiş qar və dolu suyu – təmiz və təmizləyicidir, çünki o göydən enir, həmçinin Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) sözləri də buna işarətdir: “Ey Allahım! Mənim günahlarımı qar, su və dolu ilə yu”. (“al-Mugni”, 1/47)

Digər xəbərlər

ARXİV

Aprel 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930